wrapper

FİFA-2018 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı bu gündən etibarən başlayıb.

Futbol11.az xəbər verir ki, biletləri http://tickets.affa.az/ ünvanından əldə etmək olar.

Biletlərin kassalarda satışı  fevralın 1-dən etibarən həyata keçiriləcək.

Qeyd edək ki, Biletlərin qiyməti nömrəli sektorlara görə 2-20 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

Futbol11.az