wrapper

AFFA əməkdaşlığda maraqlı olsa da, Robert Prosineçki peşəkar davrandı. Ölkəmizdəki missiyasının uğursuz başa çatdığını görən, dərk edən Robert Prosineçki başa çatan müqaviləsinin müddətini artırmadı və özü ilə gətirdiyi köməkçilərini də götürüb vətəninə qayıtdı.

Prosineçkinin gedişindən sonra AFFA legioner məşqçi axtarışına çıxsa da, məsələ bir anda dəyişdi və bütün işıqlar yerli məşqçiyə - konkret olaraq Qurban Qurbanova tuşlandı. Bu isə səbəbsiz deyil. Çünki 8 il ərzində “Qarabağ”da ciddi uğurlara imza atan Qurban Qurbanov kuliminasiya nöqtəsinə bu il çatdı və komandasını Çempionlar Liqasına çıxardı və bu uğurun müzakirəsi artıq futbol sektorunu aşdı və ölkə səviyyəsində müzakirə olundu.

Bizdə olan məlumata görə, Qurban Qurbanovun milli komandaya gətirilməsi elə futbol federasiyası deyil, ölkə səviyyəsində həll olunan məsələdir. Elə Qurban Qurbanovun və klubun prezidenti Tahir Gözəlin son açıqlamaları bu işin rəsmiyyətə doğru getdiyinin göstəricisidir. Bizdə olan bilgiyə görə, Qurban Qurbanov ilk vaxtlar Tahir Gözəlin istədiyi kimi həm millidə, həm də klubda çalışacaq. Hadisələrin daha sonra necə inkişaf edəcəyini isə zaman göstərəcək. 

Bu məsələnin sabah  Olimpiya Stadionunda hələ ki vaxtı dəqiqləşməyən, amma böyük ehtimalla nahardan sonra baş tutacaq iclasında rəsmiləşəcəyi gözlənilir.   

Mənbə: Futbol11.az