wrapper

2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq gənclər arasında olimpiya oyunlarının proqramına futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət yığma komandalar arasında turnir daxil edilib. Futbol11.az xəbər verir ki, müvafiq yaş qrupuna aid Azərbaycan yığmaları bu turnirin təsnifat mərhələsində dünən ilk oyunlarına çıxıblar.

Oğlanlardan ibarət millimizin debütü biabırçı alınıb. Yığmamız meydan sahibi Slovakiya millisinə 0:12 hesabıyla uduzub.

Qızlarımız da uduzub. Ancaq oğlanlardan ibarət yığmamızdan fərqli olaraq, qızlarımız daha abırlı hesabla məğlun olublar. Millimiz İtaliya yığması ilə bacarmayıb - 0:2.

Oğlanlardan ibarət yığmamızın yer aldığı qrupun oyunları Slovakiyada, qızların qrup oyunları isə Portuqaliyada keçirilir.

Futzal - Gənclər arasında olimpiya oyunları

Oğlanlar

1 noyabr
Slovakiya - Azərbaycan 12:0

2 noyabr
Azərbaycan - Rusiya

4 noyabr
Hollandiya - Azərbaycan

Qızlar

1 noyabr
İtaliya - Azərbaycan 2:0

2 noyabr
Portuqaliya - Azərbaycan

4 noyabr
Azərbaycan - Ukrayna