wrapper

Dünən Topaz Premyer Liqasında 11-ci tura yekun vuruldu. Futbol11.az xəbər verir ki, bununla da komandalar 2 həftəlik fasiləyə yollandı.

FİFA-nın milli komandalar üçün ayırdığı yoxlama oyunları üçün fasilədən millimiz yararlanmayacaq. Bununla da  yığmamız ili ötən ay Almaniyaya qarşı keçirdiyi (1:5) oyunla qapamış olacaq. Beləcə 2017-ci il təqvimə son 22 ildə ən az oyun keçirdiyimiz tarix kimi düşəcək. Cəmi 7 qarşılaşmaya çıxan yığmamız sonuncu dəfə 1995-cı ildə 6 oyun keçirmişdi. O dövrdən bəri komandamız hər il azı 8 matç keçirirdi.

 

Qeyd edək ki, komandamız 7 oyunun 2-də qalib gəlib, 5-də isə məğlub olub.