wrapper

Dekabrda yığmamızla müqaviləsi başa çatacaq Robert Prosineçki özünə yeni iş yeri tapmağa yaxındı. Futbol11.az xəbər verir ki, xorvatiyalı məşqçi Sloveniya yığmasını çalışdıra bilər.

Ölkəsinin mətbuatına danışan mütəxəssis  adıçəkilən ölkə ilə danışıqlar apardığını təsdiqləyib. AFFA ilə danışıqlar apardıqdan sonra hazırda heç bir problem qalmayıb. Sloveniya Futbol Federasiyası ilə müzakirələr edilcəyi düzdü. 1 həftə sonra telefonla danışıb, daha sonra isə federasiya rəhbəri ilə görüşəcəyik”.

 

Qeyd edək ki, 2014-cü ilin dekabrından yığmamıza rəhbərlik edən Prosineçki bu ilin sonunda millimizlə müqavilə başa çatacaq. Onu bu postda Qurban Qurbanov əvəzləyəcək.