wrapper

21 yaşlı futbolçulardan ibarət milli komandamızın heyətində dəyişiklik edilib. Futbol11..az xəbər verir ki, Topaz Premyer Liqasının 11-ci turunda  “Kəpəz”lə oyunda  zədələnən “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcək.

Bu gün keçirilən MRT müayinəsindən sonra onun oyuna hazır olmadığı müəyyənləşib. Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisi itki ilə üzləşib.

 

 

 

 

Son redaktə Bazar ertəsi, 06 Noyabr 2017