wrapper

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Futbol11.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisi da növbəti matçına çıxıb.

5-ci qrupda yer alan komandamız doğma meydanda Almaniya ilə qarşılaşıb.

Son oyununda səfərdə məhz almanlara 1:6 hesabıyla uduzmuş millimiz həm qisasını almağa, həm də xal hesabını açmağa çalışa da, buna nail olmayıb. Qarşılaşma Bundestimin böyükhesablı (0:7) qələbəsi ilə başa çatıb.

Millimizin yer aldığı qrupda bu gün həm də Kosovo – İsrail matçı baş tutacaq. Kosovolular 5 gün sonra Bakıda yığmamızla qarşılaşacaq.

21 yaşadək futbolçular arasında Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

9 noyabr

18:00. Azərbaycan – Almaniya - 0:7

Qollar: Hartel, 2, 46, 58 Amiri, 14, Seydel, 28, Klosterman, 60, Öztünalı, 84

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sarıyev (hamısı Qazaxıstan)

Bakı. “Dalğa Arena” stadionu

Azərbaycan: 12. Mustafa Kemal Özhitay, 2. Sertan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Əliyev, 8. Budaq Nəsirov, 9. Renat Dadaşov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 21. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 11. Fərid Nəbiyev, 13. Murad Qayalı, 17. Əlibəy Məmmədli, 18. İlkin Muradov, 20. Eltun Turabov,

Baş məşqçi: Samir Ələkbərov

Almaniya: 1. Aleksandr Nübel, 2. Lukas Klosterman, 5. Timo Baumqartl, 6. Anton Valdemar, 7. Levin Öztunalı, 8. Mahmud Dahud, 10. Nadiem Amiri, 15. Filip Oşs, 16. Aaron Seydel, 18. Markel Hartel, 20. Tilo Kerer (k)

Ehtiyat oyunçular: 12. Nils Körber, 3. Yannes-Kilian Horn, 4. Cordan Torunarifa, 9. Yanni Serra, 11. Sedrik Teşort, 14. Paskal Ştenzl, 19. Florian Nehaus

Baş məşqçi: Stefan Kuntz

Son redaktə Cümə axşamı, 09 Noyabr 2017