wrapper

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində mübarizə apardığı 5-ci qrupda ötən gecə daha bir oyun baş tutub. Futbol11.az xəbər verir ki, millimizin doğma meydanda Almaniyaya 0:7 hesabıyla uduzduğu gündə İsrail yığması da səfərdə Kosovo ilə qarşılaşıb.

Bu görüşdə də darmadağın qeydə alınıb. Kosovolular evdə 0:4 hesablı darmadağına üzülüblər. 

Qeyd edək ki, Kosovo yığması noyabrın 14-də Bakıda millimizin qonağı olacaq.  

İrlandiya – 10, Almaniya – 9, İsrail – 7, Kosovo – 6, Norveç – 5, Azərbaycan – 0.

Son redaktə Cümə, 10 Noyabr 2017