wrapper

Topaz Premyer Liqası qaldığı yerdən davam edir. Qış fasiləsindən sonra həm oyunlar, həm də "oyunlar" başladı...

Bu dəfə estafet çubuğunu Rəhim Həsənovdan alan Ramil Diniyevdi. Bu, həmin Ramil Diniyevdi ki, XV tur çərçivəsində ötən gün baş tutan "Qarabağ" - "Neftçi" (1:1) matçında qonaqların yüz faizlik penaltisini təyin etməməklə günümüzün "qəhrəmanı"na çevrilib.

O, Maksim Medvedevin öz cərimə meydançası daxilində Rəhman Hacıyevə qarşı etdiyi kobudluğu ikincinin simulyasiyası kimi qiymətləndirməklə dillərə dəstan olub. 

Biz onu anlaya bilmərik. Diniyevi ən rahat şəkildə başa düşəcək şəxs "heç-heçəyə 15 dənə verirlər" deyən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olmalıdır. Lalın dilini anası bilər axı...

Bəhs etdiyimiz şəxs penaltini simulyasiya, simulyasiyanı isə penalti kimi qiymətləndirən biridi. Gəlin, ötən mövsümə nəzər salaq. Yəqin ki, "Bayıl Arena"da keçirilən "Rəvan" - "Xəzər Lənkəran" matçını hələ də ututmamısız. "Qəhrəmanımız" Diniyev sözügedən qarşılaşmada Ruslan Tağızadəyə simulyasiya görə sarı vərəqə vermək əvəzinə, cənubluların qapısına penalti təyin etmişdi. Bu, əslində, penalti deyildi, rəzalət, biabırçılıq idi!!!

Diniyevin sərgüzəştləri təkcə bunlarla bitmir. Bir qədər keçmişə nəzər salsaq, onun 2011-ci ildə keçirilən "Qəbələ" - "Neftçi" matçında meydan sahiblərinin qapısına olmayan penaltini təyin etdiyini görərik. Denis Silva özünü cərimə meydançasının daxilində yıxır və Diniyevdən gözlənilən qərar: "PE NAL Tİ!"

Oyun başa çatandan sonra isə fanatlar meydançaya daxil olaraq, Diniyevə hücum çəkir. Onu hiddətlənmiş azarkeşlərin əlindən isə polislər alır. Bəli, bu, həmin Ramil Diniyevdi...

Bütün bunlara baxmayaraq, referiyə "gözün üstə qaşın var" deyən yoxdu. Görünür, Diniyev lotudu, "vor zakon"du. Belə çıxır ki, "Rəvan" - "Xəzər Lənkəran" matçından sonra hakimlərin iştirakı ilə keçirilən "sxodka"da Ramil Beyləqanski kimi "imenovat" da olunub... Xaqani Məmmədov intihar etməsin, neyləsin? Özü də Diniyevin butsularının ipi ilə...

EMİN SƏFƏROV

Sonda isə Diniyevin sərGÜZƏŞTləri ilə bağlı hazırlanmış videoçarxı təqdim edirik:

Son redaktə Bazar ertəsi, 30 Yanvar 2017

Media