wrapper

İdman jurnalistləri arasında lətifəyə çevirilmiş bir ifadə var, bir-birlərini görən kimi zarafatla deyirlər “yazuz da, bunu da yazuz”. Biz yazmırdıq: “Neftçi” çempionatda 7-ci yerdə gedən vaxt əvəzedicilərin 1-2-ci yerlər uğrunda mübarizə aparmağını, Vəli Qasımov – Elnur Məmmədov duetinin at oynatmağını, Çingiz Abdullayevin Azərbaycan futbolunda “Aldanmış kəvakib” olmağını.

Çingiz müəllim, siz yazuz dediz, biz indi yazırıq, necədi sizin vəziyyətiniz? Xalqın və sizin komandanız Avropaya getməmək təhlükəsi ilə üz-üzədir. Əslində hər şey nomaldır, axı bu xalqın Avropada nə işi var? Bu xalqın yeri “Məhsul”du, “Motodrom”du, podval-kafelərdi.

Yadınızdadı, tələbə olan vaxtı sizə icazə verməyən professoru necə işdən çıxarmışdınız? “O vaxt təzə və köhnə İnturist, bir də Abşeron restoranları dəbdə idi. Biz hər axşam üç restorana da gedib çalğıçılara 3 manat verirdik və orada mahnılardan birinin həmin professorun .şərəfinə çalındığını bildirirdilər. Guya həmin professor restoranda oturub və onun üçün mahnı səsləndirilir. Bunu da gedib Mərkəzi Komitəyə çatdırdılar. Professoru hər gün Mərkəzi Komitəyə, rektoratlığa çağırırdılar ki, sərxoşluğa son versin. O da and içirdi ki, ömründə içki içməyib. Cavabında bildirirdilər ki, hər gün restoranlarda onun şərəfinə mahnı sifariş edilir”. Bu sizin müsahibənizdən sitatdır. Axırda o yazıq professoru işdən çıxardılar.
Çingiz müəllim, bu gün olsaydı, “Neftçi”yə həmin məkanlarda hansı mahnıları sifariş verərdiz? Məşhur “Maşina vremeni”nin “Ti ili ya”nı, yoxsa Lepsdən “Zaçem tebe ya” mahnısını?

Birincinin sözləri çox mənalıdır – “Kto-to oşibsya – ti ili ya”. Bəli, ya “Neftçi” səhv edib, ya da siz.
Sovet dövrünün “Abşeron”, “İnturist” mehmanxanası hara, polufabrikat hara? Sovet dövründə Bakıda nə “Macdonalds” var idi, nə də KFC. Həmin vaxt polufabrikat rayon uşaqlarının yediyi peraşki idi, qutab idi... Bu gün Elxan Abdullayev Ulu öndər Heydər Əliyevin dəfələrlə oyununu izlədiyi, Banişevskinin, Kramarenkonun cəzasının ləğv olunması üçün əlindən gələni etdiyi  “Neftçi”ni polufabrikat adlandırır.

Axı Çingiz müəllim, siz orta məktəbdə Elşad Nəsirovla birgə əfsanəvi “Beatles”a qulaq asırdız, axı siz uduzmağı sevmirdiz,  axı siz ikiniz rəhbərliyin təkidi ilə saçınızı qırxdırmırdız. Axı bu gün canınızı verməyə hazır olduğunuz komandanın yubileyidir, siz Yazıçılar Birliinin katibi kimi bilirsiniz, yubiley keçirtmək nə deməkdir? Yubiley ilində nələr olur.

Yubiley ilində heyəti səndən qat-qat zəif olan “Sumqayıt”a 0:2 uduzmaq Çingiz Aytmatovun hər hansı əsərinə 10-cu sinif uşağının ön söz yazmağı kimi bir şeydir.
0:2-dən sonra “Neftçi” azarkeşlərinin bir ağızdan “istefa” qışqırmasını CBC Sport vasitəsi ilə bütün ölkə eşitdi. Siz həmin vaxt xaricdəydiz? Mən bilirəm ki, bütün bunlar sizə necə pis təsir edir. Əgər siz bundan sonra əvvəlki kimi əsərlər yarada bilməsəniz, bunun bir səbəbi olacaq – “Neftçi”.  Çingiz müəllim, bunu da yazaq?

AYXAN

 




Son redaktə Bazar ertəsi, 03 Aprel 2017