wrapper

Layihə

“Kavkazskiy tiqr” “Alaniya”ya kubok qazandırıb

SSRI yığmasında oynamaq Əsədovun çox işinə yarıyıb SSRİ milli komandasının heyətində yeniyetmələr arasında Avropa, gənclər arasında dünya çempionu olan Arif Əsədov müstəqillik illərində ölkə xaricinə gedən ilk futbolçularımızdan oldu. Hələ 1988-ci ildə SSRİ çempionatının güclülər dəstəsində “Neftçi”nin heyətində meydana çıxan müdafiəçi Bakı klubu I dəstəyə düşdükdən sonra əsas futbolçulardan birinə çevirildi. İlk milli çempionatımızda “ağ-qaralar”ın uğurları üçün çalışan Əsədov 1994-cü ildə Vladiqafqazın  “Alaniya” komandasına yollandı.

Ətraflı

10 ən yaxşı legionerimiz

Azərbaycanlı futbolçuların ölkə xaricində yaxşı karyera qura bilməməsi həmişə əsas müzakirə mövzularından biri olub. Bunun səbəbləri haqqında kifayət qədər danışdığımızdan bu dəfə buna toxunmaq istəmirik. İş ondadır ki, vaxtilə ölkə xaricində çıxış edib, uğur qazanan həmyerlilərimiz də olub. Bu gün futbol11.az-ın versiyasısına görə, Azərbaycan futbol tarixinin ən yaxşı 10 legionerini müəyyənləşdirməyə çalışdıq.  1. Nazim Süleymanov  Oynadığı klublar: “Alaniya” (1991-1996), “Jemçujina” (1997-2000).  Niyə məhz o? Süleymanov 5 il oynadığı Vladiqafqaz klubunda əsl liderə çevirilə bildi. 1995-ci ildə Rusiya çempionu olan hücumçu, 1992 və 1996-cı illərdə gümüş medalın sahibi oldu. O, iki dəfə - 1992 və 1993-cü illərdə Rusiyanın “33 ən yaxşı futbolçu”su sırasına düşdü. Millimizin kapitanı yerli publikanın da sevimlisi idi. Həmyerlimiz qazona ayaq basan kimi bütün stadion bir ağızdan “Sulya”, “Sulya” deyərək ona dəstək olurdular. Süleymanov “Alaniya”da 60 qol vuraraq, adını klubun ən yaxşı bombardirləri sırasına yazdıra bildi. 1996-cı ildə Moskva “Spartak”ı ilə qızıl oyunda yol verdiyi səhv onun karyerasının üstündən xətt çəkdi. Baş məşqçi Valeri Qazzayev qol şansının əldən verilməsinə görə, onu bağışlamadı. Və Süleymanov “Alaniya”dan ayrılaraq, Soçi “Jemçujina”sına yollandı. Qeyd edək ki, “10 nömrə” Vəli Qasımovdan fərqli olaraq, milli komandanın düşərgəsinə də həmişə böyük həvəslə gəlirdi.  İndi hardadır – Son olaraq 19 yaşlılardan ibarət milli komandamızı çalışdıran Süleymanov hazırda işsizdir.    2. Vəli Qasımov  Oynadığı klublar: “Spartak” (Moskva) (1992), “Dinamo” (Moskva) (1992), “Betis” (İspaniya) (1993-1995), “Albasete” (1995-1996), “Esixa” (İspaniya) (1997), “Vitoriya Setubal” (Portuqaliya) (1997-1999), “İmortal” (Portuqaliya) (1999-2001).  1992-ci ildə “Neftçi”dən “Spartak”a gedən hücumçu orada cəmi 6 oyun keçirdikdən sonra Moskva “Dinamo”suna transfer olundu. Qasımovun Moskvanın digər klubundakı karyerası daha uğurlu alındı. O, 17 oyuna 16 qol vuraraq, Rusiya çempionatının ən yaxşı bombardiri oldu. Vəlinin adı həmin il Rusiyanın “33 ən yaxşı futbolçu”su siahısına da düşdü. O, “Dinamo”nun heyətində Rusiya çempionatının bürünc medallarına layiq görüldü. Həmyerlimizin “Dinamo”dakı parlaq oyunundan sonra İspaniyanın “Betis” klubu onu öz heyətinə cəlb etdi. Qasımovun komandası – “Betis” 1995-ci ildə İspaniya La Liqasında 3-cü yeri tutdu. Millimizin sabiq forvardının daha yaxşı karyera qurmasına isə zədə mane oldu. “Tenerefe” ilə matçda zədələnən forvard 5 ay yaşıl meydanlardan kənarda qaldı. Bundan sonra  onun karyerasında eniş başladı. Maraqlıdır ki, Qasımov Azərbaycan milli komandasının heyətində 1 qol belə vura bilmədi.  İndi hardadır – “Neftçi”dəki uğursuz fəaliyyətdən sonra çox da gözə görünməyən mütəxəssis deyilənə görə, daha çox Moskvada olur.      3. Dmitri Kramarenko  Oynadığı klublar: “Dinamo” (Moskva) (1993-1994), “Torpedo” (1995), “Alaniya” (1996-1997), “Dinamo” (Moskva) (1998-2001), ÇSKA (2002-2003), “Baltika” (2004), “Terek” (2006).  1993-cü ildə “Neftçi”dən Rusiyaya yollanan qolkiper uzun illər bu ölkədə çıxış etdi. Nazim Süleymanovun səhvə yol verdiyi “qızıl oyun”da (1996) “Alaniya”nın qapısını məhz o qoruyurdu. Təbii ki, “Spartak”la matçdan sonra məyus şəkildə gümüş medal alan futbolçulardan biri də Dima idi. Kramarenko 2002-ci ildə “Atletiko”da baxışda olsa da, bu komandaya transferi baş tutmadı. Ümumiyyətlə, Dimanın Rusiya karyerasını 2004-cü ilədək uğurlu saymaq olar. O, həmin vaxta qədər yüksək liqada mübarizə aparan “Alaniya, Moskva “Dinamo”su və ÇSKA-nın heyətində çıxış edirdi. 2004-cü ildə I divizionda çıxış edən “Baltika” ilə anlaşan qapıçı bir il sonra Yunis Hüseynovun dəvəti ilə “Karvan”a gəldi. Bir çoxlarının fikirincə, Kramarenko müstəqillik dövründə milli komandamızın ən yaxşı qapıçısı olub.  İndi hardadır – Son olaraq “Neftçi”də qapıçılarla işləyən məşqçi olan həmyerlimiz hazırda Moskvada yaşayır.      4. Samir Əliyev  Oynadığı klublar:“Volın” (Ukrayna) (2002-2004), “Uralan” (Rusiya) (2004).  Samir Əliyevin legioner həyatı  Qasımov və ya Kramarenko qədər uzun olmasa da, hər halda Ukraynada indi də bəzən onu xatırlayırlar. “Volın”da 33 oyuna 11 qol vuran hücumçunun “Volın”ın 6-cı yeri tutmasında böyük rolu oldu. Əliyev həmin mövsüm “Şaxtyor”un qapısına gözəl qol vurduqdan sonra Ukrayna mətbuatının da gündəminə düşmüşdü. 2004-cü ildə Rusiya çempionatının I divizionunda mübarizə aparan “Uralan”a keçən həmyerlimiz 13 oyuna 4 qol vuraraq, baş məşqçi Leonid Slutskinin sevimlisinə çevirildi.  Ancaq həmin il “Xəzər Lənkəran”ın cəlbedici təklifi qarşısında davam gətirməyən hücumçu karyerasının ən böyük səhvini etdi.  İndi hardadır -  Hazırda Topaz Premyer Liqasının debütantı “Səbail”in baş məşqçisidr.      5. Şahin Diniyev  Oynadığı klublar: “Zimbru” (Moldova) (1989), “Fakel” (1990), “Terek” (1992-1993), “Hapoel” (Tayibe) (1994), “Beytar” (Tel Əviv) (1994-1996).  Diniyev hələ SSRİ dağılmamış “Kəpəz”dən ayrılaraq, Əhməd Ələsgərovun dəvəti ilə Moldovaya yollanmışdı. Onun Gəncə klubunu tərk etməsi də səbəbsiz deyildi. Klub rəhbərliyi vədinə xilaf çıxdığından yarımmüdafiəçi imkan düşən kimi komandadan uzaqlaşdı. Ondan sonra bir neçə komandada çıxış edən həmyerlimiz 1992-ci ildə Xaliq Mərdanov və Vidadi Rzayevlə “Terek”ə getdi. Yoldaşlarından fərqli olaraq, Qroznıda davam gətirən futbolçu 44 oyuna 7 qol vurdu. Ancaq 1993-cü ildə Çeçenistanda hərbi vəziyyət pisləşdiyindən Diniyev İsrailə getdi. 1994-cü ildə yüksək liqada “Hapoel”in heyətində 24 oyuna 2 qol vuran millimizin sabiq üzvü növbəti iki ili “Beytar”da keçirdi. O, yeni komandasında da aparıcı futbolçulardan biri idi – 40 oyun, 5 qol.  İndi hardadır–Hazırda “Kəpəz”in baş məşqçisi olan mütəxəssis komandanı böhrandan çıxarmağın yollarını axtarır.      6. Tərlan Əhmədov  Oynadığı klublar: “Terek” (1993), “Anji” (1997), “Fakel” (2000), “Volın” (Ukrayna) (2003-2004).  Əhmədov ilk dəfə 1993-cü ildə “Turan”dan “Terek”ə gederək legioner həyatı yaşamağa başladı. Həmin vaxt I dvizionda çıxış edən Qroznı klubunda 14 oyun keçirən müdafiəçi Çeçenistanda vəziyyətin pisləşdiyinə görə, geri qayıtdı. Tərlanın Kamal Quliyev və Samir Əliyevlə birgə “Volın”da karyerası daha yaxşı alındı. 2003/2004-cü illər mövsümündə Lutsk klubunda 22 oyunda meydana çıxan futbolçu baş məşqçi Vitali Kvartsyanının sevimlilərindən birinə çevirilmişdi. 2004-cü ildə geri qayıdan Əhmədov bundan sonra hələ 5 il Azərbaycan çempionatında oynadı.  İndi hardadır – “Neftçi”nin baş məşqçi postuna təyin olunan Əhmədov komandanı çətin vəziyyətdən çıxarmağa çalışır.      7. Kamal Quliyev Oynadığı klublar: “Volın” (Ukrayna) (2002-2004).  Millimizin sabiq yarımmüdafiəçisi həyatında yalnız bir dəfə legioner həyatı yaşasa da, “onluğumuz”a düşə bildi. Həmin vaxt Kamal da Samir və Tərlan kimi “Volın”ın aparıcı üzvlərindən idi. 2003-cü ildə klubun rəsmi saytının keçirdiyi sorğuya əsasən Quliyev komandanın ən yaxşı futbolçusu seçilmişdi. 2004-cü il, aprelin 10-da  Zaporojets “Metallurq”u ilə görüşdə rəqib futbolçu ayağını sındırsa da, o sonadək meydanda qaldı. Həmin vaxt artıq baş məşqçi hər 3 dəyişiklikdən istifadə etmişdi.  Kamal “Volın”da 39 oyuna 1 qol vurdu.  İndi hardadır – Hazırda “Neftçi”də akademiyanın seleksiyaçısı vəzifəsində çalışır.      8. Rəşad Sadıqov  Oynadığı klublar:  “Fulad” (İran) (2002-2003), “Kayserispor” (Türkiyə) (2005-2006), Kocaelispor (2008-2009), “Eskişehirspor” (2010).  2002-ci ildə Azərbaycan çempionatı dayandığından əksər futbolçular İrana yollanırdılar. Sadıqov da ilk dəfə ölkə xaricinə gedərək, “Fulad” klubu ilə anlaşdı. Millimizin kapitanının növbəti səfəri isə daha yadda qalan oldu. Rəşad 2005-ci ildə “Kayserispor”un baş məşqçisi Ertuğrul Sağlamın istəyi ilə bu komandaya transfer olundu. Qış fasiləsinə yaxın zədələnən futbolçu bundan sonra “Neftçi”yə icarəyə verildi. Mövsüm başa çatdıqdan sonra yenidən Kayseri klubuna qayıdan həmyerlimiz İntertoto kubokunda “Sopron” (Macarıstan) və “Larissa” (Yunanıstan) komandaları ilə oyunlarda çıxış etdi.  2008-ci ildə Türkiyənin digər klubu – “Kocaelispor”a keçən futbolçu burada azarkeşlər tərəfindən “Terminator” ləqəbi aldı. “Qalatasaray”ı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri oyunun ən yaxşılarından oldu. “Fənərbağça” ilə səfərdə 1:1 hesabı ilə heç-heçə bitən oyunda iki dəfə topu boş qapıdan çıxardı. Rəşadın ölkı xaricində son klubu “Eskişehirspor” oldu. Həmyerlimiz Türkiyə klublarında üst-üsə 31 oyunda forma geyindi.  İndi hardadır – “Qarabağ”ın və millimizin kapitanı olan müdafiəçi 3 cəbhədə - ölkə çempionatı, Çempionlar Liqası və DÇ-2018-in seçmə oyunlarında döyüşür.    9. Emin Ağayev Oynadığı klublar: “Anji” (1993-1998), “Torpedo ZİL” (1999-2001), “Ximki” (2002-2004), “Baltika” (2004), “Dinamo” (Bryansk) (2005), “Nosta” (2005), “Nara-Desna” (2007), “Volqa” (Tver) (2008-2010).  Sol cinah müdafiəçisi hələ 1993-cü ildə Rusiyaya yollansa da, o, yüksək liqada yalnız 2001-ci ildə debüt etdi. “Torpedo ZİL” elitaya vəsiqə qazandığı 2001-ci ildə Emin 11 oyunda meydana çıxdı. Bundan sonra da millimizin üzvü karyerasını başa vurana qədər yalnız aşağı liqa klublarının şərəfini qorudu.  Indi hardadır – Uzun illərdir ki, Rusiyada yaşayır.  10. Qurban Qurbanov Oynadığı klublar: “Alazani” (Gürcüstan) (1991-1992), “Dinamo” (Stavropol) (1998), “Fakel” (1999), “Baltika” (1999), “Fakel” (2000-2001), “Fakel” (2002), “Volqar Qazprom” (2003).  “Qarabağ”ın baş məşqçisi 1998-ci ildə Stavropol klubunun heyətində 16 qol vuraraq, İ divizionun ən yaxşı bombardirlərindən olmuşdu. “Dinamo” müqavilə şərtlərinə əməl etmədiyindən o komandadan ayrılaraq, “Baltika”ya yollandı. Orada da maliyyə problemləri baş qaldırdığından klubdan tez getməli oldu. 1999/2000-ci illər mövsümündə “Fakel”in güclülər dəstəsinə yüksəlməsində rolu olsa da, zədə səbəbindən burada işləri istənilən kimi getmədi. Amma Voronejdə, eləcə də Stavropol da azarkeşlər hələ də Qurbanovu məmuniyyətlə xatırlayırlar.  İndi hardadır – “Qarabağ”ın baş məşqçisidir.      “Layhə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşirdirilir”  

Ətraflı

“Bir qısmat” çörək dalınca – Rusiyaya

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ətraflı

Gedənlər qayıdır - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ətraflı

Kimdir günahkar? – Layihə

  AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ətraflı

Şahin Diniyev: “Darıxmaq peşəkarlıqdan uzaq söhbətdir” - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ətraflı

Nə bağ var, nə ərik - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ətraflı

Darıxmaq, psixoloji problem, yoxsa bəhanə? - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Azərbaycanlı futbolçuların və məşqçilərin ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ətraflı

Forma təqdimatı – təbliğat, yoxsa artıq iş? - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir. Yeni mövsüm, yeni ümidlər Fanatlar yeni mövsümdə komandalarını səbirsizliklə gözləyirlər. Yeni ümidlər, yeni hədəflər, yeni transferlər. Bu dəfə klub ötən mövsümdən nə ilə fərqlənəcə? Ümumiyyətlə, çempionatın əvvəli istənilən futbol azarkeşi üçün bayram ab-havasını xatırladır. Adətən fanatlar arasında “kimin transferləri daha yaxşıdır” mövzusunda mübahisələr də məhz bu dövrə təsadüf edir.   Həmin ərəfədə hamının maraqla gözlədiyi məqamlardan biri də sevimli klubunun yeni mövsümdə hansı formada meydana çıxması məsələsidir.  Ümumiyyətlə, Avropada artıq forma təqdimatı klubun yeni mövsüm öncəsində əsas təbliğat işlərindən birinə çevirilib. Klublar hər il bununla bağlı yeni-yeni ideyalar həyata keçirir, bu yolla həm formaların satılmasına nail olur, həm də azarkeşləri bir araya gətirirlər    “Şaxtyor” ötən günləri xatırladı  Post-sovet məkanının öndə gələn ölkələri – Rusiya və Ukraynada bu sahədə vəziyyət daha yaxşıdır. “Şaxtyor” ölkədəki siyasi vəziyyətə görə ev oyunlarını “Donbas Arena”da keçirə bilməsə də, marketinq fəaliyyəti yenə yüksək səviyyədədir. Bu yaxınlarda klubun yeni formalarının təqdimatı ilə bağlı klip də çəkilib və “şaxtaçılar” bu işləri yüksək peşəkar səviyyədə yerinə yetirirlər. Klipi Ukraynanın tanınmış rejissorlarında olan Maryan Buşan çəkib. Aktyor qismində isə komandanın futbolçuları – Bernard, Fakundo Ferreyra, Viktor Kovalenko, Yaroslav Rakitskiy və kapitan Dario Srna iştirak ediblər. Klipin əsas qayəsi də “Şaxtyor” futbolçularının doğma arena, doğma şəhər - Donetsk üçün darıxdıqlarını göstərməkdir.  Forma təqdimatı təkcə yeni məhsulun sərgisi, nümayişi deyil. Adətən bu ailə ortamında keçən bir tədbir olur. Azarkeşlər futbolçulardan avtoqraf alır, onlarla şəkil çəkdirmək, söhbət etmək imkanı qazanır, bir sözlə, klubla fanatlar arasında tellər daha da möhkəmlənir. Bu futbolçuların motivasiyasını artırmaq baxımından da önəmlidir. Oyunçular onların diqqət mərkəzində olduqlarını görürür, öz üzərilərində ictimai nəzarəti hiss edirlər.  “Neftçi”nin işini “Zenit” gördü  Rusiyanın ən yaxşı maliyyə imkanlarına malik klublardan olan “Zenit” ötən il forma təqdimatını Barents dənizində yerləşən “Prirazlomnaya” platformasında etmişdi.  Bu fotolara baxanda ağlınıza nə gəldi? Təbii ki, “Neftçi”. Sovet dövründə paytaxt klubunun üzvləri neft daşlarına baş çəkirb, orada işləyən fəhlələrlə də görüşürldülər. İndi kimsə deyəcək ki, bu sovet idealogiyasının müasir futbola nə dəxli? Amma təbliğat istənilən dövrdə və yerdə təbliğatdır. Və bundan maksimum istifadə etmək lazımdır. Bu il “Zenit” yeni formalarını “Sankt-Peterburq” stadionunda təqdim etdi. Bu da səbəbsiz deyildi. Komanda yeni mövsümdə ev oyunlarını məhz bu arenada keçirəcək və indidən həm futbolçuların, həm də azarkeşlərin bura öyrəşməsi lazımdır. Tədbirin aparıcısı isə “Matç” TV-nın şərhçisi Mixail Polenov idi.  “Spartak” bu il bir güllə ilə iki dovşan vurmağı qərara aldı. İyulun 8-də komandaya qızıl medallar təqdim olunan gün ictimaiyyətə yeni formalar da nümayiş olundu. Düzdür, Rusiyada “xalq komandası”nın formasının dizaynını əksəriyyət bəyənmədi.  Formanın üzərində reklamların çoxalması azarkeşləri razı salmadı. Amma indi mövzumuz başqadır. Paytaxt komandasının tədbirində futbolçulardan Denis Davıdov, Fernandu və Qeorqi Djikiya iştirak etdi. Gecənin qlamur qonaqları da öz yerində. 2018-ci ildə keçiriləcək dünya çempionatının səfiri, məşhur fotomodel, gözəllik müsabiqələrinin qalibi Viktoriya Lopıryovanın aparıcılıq etməsi qonaqların nəzərlərinin formadan çox ona yönəlməsinə səbəb olmuşdu.   “Lokomotiv” də bir neçə gün öncə azarkeşlərini öz stadionuna toplayıb, geyimlərini ictimaiyyətə təqdim etdi. Daha bir tanınmış şərhçi Pavel Zanozinin aprəarıcılıq etdiyi tədbirdə klubun liderləri və “Loko”nın tanınan, populyar azarkeşləri bir araya toplaşmışdı.  “Saqqal darağı” Bütün bu sadaladıqlarımız səbəbsiz deyil. Siz nə vaxtsa, Azərbaycan klublarının mövsüm öncəsində bu cür tədbir gerşəkləşdirib, mediani, azarkeşləri bir araya gətirib, forma təqdimatı etdiyini xatırlayırsınız? Mən yox. Əslində komandalarımızın o qədər problemi var ki, bu sualı versən, alacağın cavab  “hər darağım düzəlmişdi, qalmışdı saqqal darağı” olacaq. Əslində “Neftçi”, “Qarabağ”, “Qəbələ” kimi klubların bu cür tədbirlər keçirməsinə daha çox ehtiyac var. Adını çəkdiklərimiz ölkənin maddi cəhətdən ən imkanlılarıdır, bundan başqa onların azarkeş kütləsi də az deyil. “Ağ-qaralar”ın ötən mövsüm azarkeşlərlə bağlı yetərincə problemləri yarandığını nəzərə alsaq, məsələnin nə dərəcədə aktual olduğunu görərik. Gah baş məşqçi fanatları xuliqan adlandırdı, gah azarkeşlər komandanın oyunlarını boykot etdilər. Düzdür, bir neçə gün öncə azarkeşlər və rəhbər şəxslər iftar süfrəsi arxasında bir araya gəldilər. Və bunu barışıq üçün ilk addım saymaq olar. Ancaq “Neftçi” kimi diqqət mərkəzində olan klub bu cür tədbirləri daha geniş miqyasda, mətbuatın iştirakı ilə etməlidir.  “Forma təqdimatı yeni mövsümə çağırışdır” Bir çox idman tədbirlərinin aparıcısı, həmkarımız Sənan Şəfzadənin fikrincə, Azərbaycanda bunu önəmli hesab etməsələr də, əslində forma təqdimatı yeni mövsümə çağırışdır: “Təəssüf ki, klublarımız forma təqdimatında maraqlı deyil. Bəzən mövsümün əvvəlində elan edirlər ki, çempionata yeni geyimlə çıxacağıq və bununla da işlərini bitmiş hesab edirlər. Klublar forma təqdimatından gəlir gözləmir. Bu yalnız sponsorlar üçün önəmlidir. Amma ən vacib məsələ azarkeşlərin marağıdır. Yeni formanı görən, bəyənən azarkeş almaq istəyəcək. Düzgün marketinq strategiyasından çox şey asılıdır. “Atletik” (Bilbao) 2015/2016-ci illər mövsümündə formanın dizaynında cüzi dəyişiklik etdi. Ancaq düzgün təbliğat sayəsində yaxşı gəlir əldə etdilər. Bu çox vacib məsələ olsa da, bizdə gündəmdə deyil. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, əksər komandalarımızın formaları yenilənmir. “Real Madrid” mövsümün sonunda azarkeşlər arasında sorğu keçirir ki, nəyi dəyişmək lazımdır? İnkişaf etmiş ölkələrdə hətta forma təqdimatı mərasimlərinin belə, ayrıca sponsoru olur. Bu həm də yeni mövsümə çağırışdır, hədəflərin açıqlanması deməkdir. Futbolda düzgün marketinq siyasəti nəticəsində hər şeydən qazanmaq mümkündür. Polşada bir klub oyunlarına biletlərin yeni dizaynını da təqdim etmişdi. Hesab edirəm ki, bizim komandalar belə tədbirlər keçirməklə azarkeşlərin marağını cəlb edə bilərlər. Əslində bunun üçün böyük maliyyə vəsaiti də tələb olunmur. Bahalı yer kirayələməyə ehtiyac da yoxdur. Bunu klubun bazasında və ya stadionda da rahat şəkildə reallaşdırmaq mümkündür”. “Hansı işimiz Avropa standartındadır ki?”  Tanınmış köşə yazarı Anar Şabanoğlunun məsələyə münasibəti fərqli oldu: “Azərbaycanda azarkeş var ki, forma təqdimatı da olsun?! Heç milli komandanın formalarını alan yoxdu, o ki qaldı klubların. Bəlkə “Qarabağ” Çempionlar Liqasının qrupuna düşsə, nəsə dəyişə. Amma buna da inanmıram.  Bu prosseslər sivil futbol ölkələrində olur. Bizim klublar ev oyunlarına nə vaxt illik abonent sata bildi ki, forma da təqdim etsin? Bir ara deyirdilər ki, “Neftçi”nin azarkeşi çoxdur, abonent satışına başlanıb, fan şop açılır və s. Axırı nə oldu? Azərbaycanda çətin ki, bu məsələlər nə vaxtsa düzələ. Hansı işimiz Avropa və dünya standartlarındadır ki, futboldan da bunu gözləyək? Fubolun sivil duruma gəlməsi üçün öncə ölkədə qayda-qanunlar dəyişməlidir, normal bazar iqtisadiyyatı formalaşmalıdır, başqa mühüm sahələr düzəlməlidir. Hətta bu sahələr yoluna qoyulsa belə, nə vaxtsa ölkəmizdə Türkiyə səviyyəsində azarkeşlərin, klubların, ümumiyyətlə, futbolun olacağına inanmıram”.  

Ətraflı

Bu küçə kimə dar gələcək? - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir.

Ətraflı

“AZAL-ın islahatları digər klublara qənaət etməyi öyrətdi”

AFFA yanında Media Komitəsinin qaliblərindən olan futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir.

Ətraflı

Fanşop: həm gəlir mənbəyi, həm də reklam - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir.

Ətraflı

Pulun qutarması, gözdən düşmək – nəticə eynidir - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol 11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir.

Ətraflı