wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçularıölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ölkə xaricində çıxış edən futbolçularımızla bağlı hər gün bir bəd xəbər eşitməyə adətkərdə olmuşuq. Bir gün Kamran Ağayev qapısı istiqamətinə gələn übütün topları buraxır, bir gün Emin Mahmudova qapını göstərirlər, bir gün də Ramin Şeydayev küçə-küçə düşüb klub axtarır.

1993-cü ildə milli komandamızın əksər üzvləri – Emin Ağayev (Anji), Dmitri Kramarenko (Dinamo Moskva), Tərlan Əhmədov (Terek), Şahin Diniyev (Terek), Vidadi Rzayev (Terek),  Nazim Süleymanov (Alaniya), Vəli Qasımov (Betis) legioner həyatı yaşayıdı. Həmin nəslin ölkə xaricində ən çox forma geyinən üzvü Şahin Diniyevlə söhbətdə futbolçularımızın legioner həyatı yaşayarkən ortaya çıxan çətinliklərdən söhbət açdıq.

-          Şeydayev “Trabzonspor”a yollanmaqla düzgün addım atmadı”

        - Son bir neçə ildə Azərbaycanı ölkə xaricində uğurla təmsil edən futbolçu yoxdur. Nədir bunun səbəbi? Niyə legionerlərimizin çıxışı alınmır?

-          Nüanslar çoxdur. Təkcə menitalitet söhbəti deyil. Birinci növbədə seçimi düzgün etməlisən. Hansı komandaya gedəcəksən? Orada oynaya biləcəksənmi? Bəlkə də Ramil Şeydayev də “Zenit”in əvəzedici heyətindən birdən-birə “Trabzonspora”a yollanmaqla düzgün addım atmadı. Burada menecerlərin üzərinə böyük məsuliyyət düşür ki, futbolçunun səviyyəsinə uyğun klub tapılmalıdır. Futbolçu hansı formadadırsa,  bacarığı, potensialı nədirsə, ona uyğun komanda seçilməlidir.

-          İkincisi, məşqçinin inamını qazanmaq lazımdır. Bundan başqa, legioner həyatına başlayan futbolçunun qarşısına qoyduğu məqsəd aydın və konkret olamlıdır. O, yeni komandaya gedəndə bilməlidir ki, nə istəyir. Kimsə karyerasını düşünür və 3-4 il özünü fəda verməyə, az maaşa oynamağa razılaşır. Elə futbolçu da var ki, artıq yaşa dolub, karyerasının son illəridir, onun məqsədi pul qazanmaqdır. Bundan başqa, bizi hələ futbol ölkəsi kimi də qəbul etmirlər. Çox vaxt yuxarıdan aşağı baxırlar. Bir futbolçu gedəndə uğurlu karyera quranda arxasınca digər həmyerlilərini də apara bilir. Mən İsrail çempionatında bir il çıxış etdikdən sonra dedilər ki, Azərbaycanda yaxşı hücumçu varsa, gətir. Mən də Samir Ələkbərovla danışdım, o gəldi. Bundan başqa, futbolçuda mütləq xarakter olmalıdır. Çətinliyə düşəndə çıxış yolu tapıb, irəli getmək haqqında düşünməlidir. Evdə sənə dəstək verən olur, dostlar, ata-ana, xaricdə isə tək qalırsan. Belə məqamda düzgün qərar verməyi bacarmalısan. Əsas heyətə düşməsən belə, o qədər məşq etməlisən ki, şans verilsin. Təki geri qayıtmayasan. Sovet dövründə rayondan Bakıya sənəd verməyə gələndə geri qayıtmaq istəmirdin. İnistitut alınmayanda qarşına məqsəd qoyurdun ki, heç olmasa texnikuma daxil olum.

-           

-          Azərbaycanda adətən yerli məşqçilər yerli futbolçuların bir çox çatışmazlığına göz yumur, yola verirlər. Xaricdə tələbkar mütəxəssislə işləyəndə belə olmur?

       - Legionerə tələblər də yüksək olur. Məşqçi də səndən çox şey istəyir. Burda yerli oyunçu kimi müəyyən statusun varsa, orada əcnəbi kimi təzyiq altındasan. Yaxşı mənada təzyiq altında. Yerli futbolçulardan daha üstün olmalısan. Həm məşq prossesində, həm də oyunlarda. Məşqçinin kiminləsə düşmənçiliyi yoxdur, sadəcə istəyi çox olur. O,  görəndə ki, futbolçudan nəsə ala bilər, onda təzyiq altında saxlayır. Potensial olmayanda təzyiq altında saxlamaq da mənasızdır. Onsuz da nə etsən ortaya bir şey çıxmayacaq. Futbolçu bunlara normal yanaşmalıdır ki. məşqçi mənə ümid edir.

“Bu bağça deyil ki, oyuncağın, televizor üçün darıxasan”

- Moldova, Rusiya, İsrail kimi ölkələrdə oynamısız. İndi dəbdə olan məsələ budur ki,  darıxıb geri qayıtdım, uyğunlaşa bilmədim. Sizin başınıza belə şeylər gəlib? Darıxanda nə edirdiniz?

-  Bir misal çəkim sizə. Vidadi Rzayvlə mən eyni vaxtda İsrailə getmişdik. Bir neçə komandada baxışdan keçdik. İş elə gətirirdi ki, bir komanda məni istəyirdi, Vidadini bəyənmirdi. Digəri məni istəmirdi Rzayevi bəyənirdi. 10 gün ərzində təxminən 8 komandada baxışda olduq. Bundan başqa, Vidadi ilə mən 1992-ci ildə “Terek” də getmişdilk. Qroznıda da o yaxşı oynayırdı, əsas heyət üzvünə çevirilmişdi. Həm maddi baxımdan yaxşı təmin edirdilər, həm də hər oyun meydana çıxırdı. Yəni darıxmaq üçün bir səbəb yox idi. Amma dözmədi, geri qayıtdı. Bir aydan sonra dedi ki, ürəyim partlayır, Azərbaycana getmək istəyirəm. Mən isə qaldım komandada. Ondan sonra bir neçə il İsraildə forma geyindim. Yəni qarşıma məqsəd qoymuşdum və onun arxasınca gedirdim.  Birinci növbədə futbolçunun, insanın xarakteri olmalıdır. Çətinliyə davam gətirməlisən. Anlamalısan ki, həyatda asanlıqla həç nə əldə olunmur. Ən uğurlu şeylər çətinliklə qazanılır. Asan əldə etdiyin səndən asan da gedir.  Məqsəd qoymalısan ki, 5-6 il Avropada oynayacam. Burdan geri qayıdan deyiləm. Darıxmaq artıq peşəkarlıqdan uzaq söhbətdir. Bu bağça deyil ki, gələn kimi evə qayıtmaq istəyirsən. Bağçada otura bilmirsən.  Evdəki oyuncağın, televizor üçün darıxırsan. Birinci növbədə peşəkar olmaq lazımdır.

“Bu mənim üçün böyük zərbə idi"

- Siz ilk dəfə 1989-cu ildə ölkə xaricində oynamağa başlamısız. Necə oldu ki, Sovet dönəmində Moldova “Zimbru”suna yollanmalı olduz. Komandanın baş məşqçisi Əhməd Ələsgərova görə?  

- Hər bir uğur uğursuzluğun üzərində qurulur. Legioner karyeram da uğursuzluğuma görə başladı. 1987-89-cu illərdə “Kəpəz”də çıxış edirdim. Komandada oynadığıma görə Gəncənin mərkəzində 1 otaqlı ev verdilər. İnistitut məsələsini də həll edəcəklərini dedilər. Mən həmi vaxt  təhsil alırdlım deyə, dedim lazım deyil. Dedilər onsuz da bu yer sənin üçün ayrılıb, bacıdan-qardaşdan kim varsa, təhsil almasına kömək edək. Dedim bir bacım var, imkan varsa, o, oxusun. Bacım rayondan gəldi. Ancaq imtahanda bunu kəsdilər. Təsəvvür edin, söz verib bacımı gətirmişəm. Hamını əmin etmişəm ki, məsələ həll olunub. Bu mənim üçün böyük zərbə idi. Ondan sonra dedim ki, daha burda oynamayacam. Komanda ilə vidalaşıb gəldim Bakıya. İsgəndər Cavadov təxminən 3 ay mənimlə Gəncədə bir yerdə oynamışdı. Təsadüfən yoldaşı eşidib ki, mən “Kəpəz”dən çıxmışam. O da xəbər edir İsgəndərə. Cavadov  zəng edib dedi ki, “bilet al gəl bura”. Belə vəziyyətdə yollandım Kişinyova. Birinci oyun “Styaua” ilə yoldaşlıq matçı oldu. Ondan sonra məni götürdülər komandaya. Moldova Mərkəzi Komitəsinin I katibi də oyuna baxmağa gəlmişdi. Əhməd Ələsgərovdan soruşub ki, bu kimdi? O da zarafatla deyib ki, Kamerundandır, burda tələbədir. Birinci katib da tapşırdı ki, təcili o kamerunlunu götürün komandaya. Əhməd müəllim “Zimbru”dan ayrılandan sonra Moldovanı tərk etdim. Ümumiyyətlə, komanda tamamilə dəyişdirili. “Zimbru”dan yollandım “Fakel”ə. Ölkəni tərk etməyimin əsas səbəbi küskünlük oldu. Onda özümü subut etməyə çalışırdım. Qarşıma məqsəd qoymuşdum. Yəni prinsipim var idi. İndi də kimsə qarşısına bu cür məqsəd qoymalıdır, yaxşı futbolçu olduğunu sübut etməlidir. Gərək geri qayıtmayasan, qayıtmaq çox pis şeydir. Necə başa salacan ki, nəyə görə gəldin. Nə səbəb desən, inanan olmayacaq. “Terek”də məşqçi işləyəndə ailə vəziyyətinə görə geri döndüm. Axırıncı 5 oyunun beşində də komanda qalib gəlmişdi deyə, heç kim səbəb tapa bilmədi ki, mən niyə qayıtdım. Əgər axırda 1 oyunda uduzsaydıq, deyəcəkdilər, məğlub oldular, ona görə Diniyevi çıxartdılar. Kim istəsən belə fikirləşəcək. “Terek”  həmin vaxt II dəstədə 2-ci yerdə gedirdi. Məşqçi kimi uğursuz olmağıma görə yox, ailə vəziyyətinə görə qayıtdım.

- Milli komandamız sentyabrın 1-də Norveç, 4-də isə San Marino yığması ilə qarşılaşacaq. Ramil Şeydayev xeyli vaxtdır ki, “Jilina”da oynamır, Emin Mahmudov “Boavişta”dan çıxdıqdan sonra klubsuzdur, Kamran Ağayev “Mlado Boleslav”da debüt oyununda kobud səhvlərlə yadda qaldı. Milli komandamız baxımından bu nə dərəcədə təhlükəlidir?

- Bir tərəfdən pis olanda, bir tərəfdən yaxşı olur. Onların fonunda “Qarabağ”ın futbolçularının yaxşı formada olması müsbət amildir. Ümumiyyətlə, indi ölkə xaricində çıxış edən oyunçularıız azdır. Yığmada Ağdam klubunun futbolçuları çoxluq təşkil edir. Onların da əhval-ruhiyyəsinə söz ola bilməz. Komanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Futbolçularda özünə inam hissi artıb. Millinin düşərgəsinə gəlməmişdən qabaq yüksək səviyyəli beynəlxalq oyunlar keçiriblər. Məncə, bütün bunlar komandamızın çıxışına müsbət təsir göstərməlidir.

 “Avropa bizim uğurlara təsadüf kimi baxır"

Vaxtilə futbolçularımızın xaricdə oynamaması ilə bağlı söhbət düşəndə deyirdilər ki, “Azərbaycan futbolu dünyada tanınmır, qəbul olunmur”. Bir neçə il “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Ağdam klubu artıq Çempionlar Liqasında qrupa vəsiqə qazandı. İndi bu imici dəyişmək mümkün olacaqmı?

- Bilirsiniz, nəticələrimiz hələ sabit deyil. İndidən özümüzü dağın başına qoymağa tələsməyək. Əgər biz komandalarımızın qrup mərhələsinə düşməsini artıq reallıq kimi qəbul ediriksə, Avropa buna təsadüf kimi baxır. Təsadüfün zərurətə çevirilməsi üçün mütləq 2-3 il ardıcıl bu uğurları təkrarlamalısan. Latviya yığmasının Avropa çempionatına vəsiqə qazanması təsadüf sayıldı. Bu hadisədən sonra da Latviya dünya futbolunda qəbul olunmadı. Latviya indiyə kimi o nəticəni təkrarlaya bilməyib.  Avropanın bizi qəbul etməsi üçün bir azdır, 3-4 il bunu təkrar etmək lazımdır.

Картинки по запросу affa yanında media komitəsi

Son redaktə Cümə axşamı, 31 Avqust 2017