wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

1990-cıillərin əvvəlində ölkədə vəziyyət elə həddə çatmışdı ki, nəinki, idman və futbol heç normal yaşayış barədə belə düşünmək çətin idi. Saatlarla davam edən çörək növbələri, hər gün cəbhə bölgəsindən gələn qanqaraldan xəbərlər, ölkə xaricinə kütləvi axın, adi həyat normasına çevirilmişdi. Müxtəlif idman növlərində yaxşı nəticələri olan atletlər və məşqçilər ilk təklifdəcə Azərbaycanı tərk edir, başqa ölkələrin yığmalarında çıxış etməyə başlayırdılar.

Nicatı xaricdə axtaranlar

Voleybol mütəxəssisi Faiq Qarayev Türkiyədə bu idman növünün inkişafı üçün əlindən gələni edir, Ağası Məmmədov “ay-ulduzlu” formada boks üzrə Avropa çempionu tituluna yiyələnirdi.  Hacıağa Hacıəhmədov qardaş ölkədə cüdonun, Fikrət Sideifzadə isə şahmatın sirrlərini yerli idmançılara öyrədirdi. Təxminən oxşar durumlar futbolda da müşahidə olunurdu. Sovet dövründən qalma infrastruktur get-gedə dağılır, stadionlar yararsız vəziyyətə düşür, bir az istedadı və bacarığı olanlar legioner həyatı yaşamağa başlayırdılar. Düzdür, həmin dövrdə ölkədə futbol klublarının sayı indikindən qat-qat çox olsa da, etiraf etmək lazımdır ki, onların çoxu yarım həvəskar səviyyədə idi.

Rusiyaya gedənlər

90-cı illərin əvvəllərində azərbaycanlı futbolçuların maddi imkanlarını artırmaq baxımından əsas nicat yeri Rusiya çempionatı idi. Sovet dövründən qalan əlaqələr hələ tam qırılmadığından istənilən şəhərin komandasında tanış tapmaq mümkün idi. Bu yazıda müxtəlif illərdə Rusiya çempionatında çıxış etmiş və müəyyən xidmətlərinə görə, yadda qalan futbolçuları xatırlayacağıq.

Nazim Süleymanov ( “Alaniya”, 1991-96), (“Jemçujina”,  1997-2000).

Azərbaycanı ilk tərk edənlərdən biri sonradan Rusiya çempionu olan Nazim Süleymanov idi. Sulyanın Bakıdan uzaqlaşması heç də maddi səbəblərlə bağlı deyildi. Sadəcə “Neftçi”də ciddi problemləri yaranan futbolçu 1990-cı ildə Moskva “Spartak”ından gələn təklifi müsbət dəyərləndirir. Ancaq həmyerlimizə paytaxt klubunun heyətində oynamaq nəsib olmur. Yəqin ki, indi buna görə heç kim təəssüflənmir. Çünki Süleymanov özünü məhz Vladiqafqaz təmsilçisində sübut etdi. 1995-ci ildə “Alaniya”da Rusiya çempionu olan “10 nömrə” iki dəfə (1992, 1996) gümüş mükafata yiyələndi. Milli komandamızın sabiq kapitanının adı iki dəfə Rusiyanın “33 ən yaxşı futbolçu”su sırasına düşdü. Süleymanov  “Spartak”la “qızıl oyun”da  100 faizlik qol şansını əldən verdikdən sonra baş məşqçi Valeri  Qazzayevin gözündən düşdü və komandadan ayrılmalı oldu. Süleymanov karyerasının son illərini Soçinin “Jemçujina” klubunun heyətində keçirdi.

Lev Mayorov (“Kuban”, 1990), (“Slavyansk”, 1990-91), (“Çernomorets”, 1992-2005).

1986-cı ildə “Neftçi”yə cəlb olunan Mayorov əsas komandada möhkəmlənə bilmədi. SSRİ çempionatının II dəstəsində “Bakılı” və “Kəpəz”də oynayan yarımmüdafiəçi 1990-cı ildə “Kuban”a yollandı. Millidə cəmi 2 oyun keçirən futbolçu uzun illər aşağı lıqada çıxış edən Novorossiysk “Çernomorets”nin liderlərindən olub.

Vyaçeslav Lıçkin (“Dinamo Stavropol, 1992), “Nart” (1992), “Anji” (1993-94), “Tümen” (1998), “Torpedo ZİL” (1999), “Kristall” (1999), “Lokomotiv” (Sankt-Peterburq, 2000), “Dinamo” (Sankt-Peterburq, 2000-2001), “Spartak” (Luxovisı, 2002), “Qazovik-Qazprom” (2003), “Vidnoye” (2004). 

Karyerasının əksər hissəsini Rusiyada keçirən yarımmüdafiəçi böyük ümidlərlə “Trabzonspor”a transfer olunsa da, orada bir neçə dəqiqə meydanda oldu.Əminliklə demək olar ki, Lıçkin potensialını tam şəkildə ortaya qoya bilmədi. Halbuki vaxtilə Moskva “Spartak”ı da bu futbolçu ilə maraqlanırdı. Karyerasının son illərində Azərbaycana qayıdan yarımmüdafiəçi “Xəzər Lənkəran”, “İnter” və “Simurq”da çıxış etdikdən sonra futbolla vidalaşdı. Lıçkin indi Piterdə “Zenit”in akademiyasında məşqçilik edir.

Arif Əsədov“Spartak” (Vladiqafqaz)(1994),Tümen” (1998), “Anji”(1999).

I divizionda mübarizə aparacaq “Sabah” komandasının baş məşqçisi təyin olunan millimizin sabiq müdafiəçisinin də bir müddət yolu Rusiyadan keçib. O, hələ milli çempionatımız yeni yaranan vaxtlarda Vladiqafqaz “Spartak”ına üz tutmuşdu. Sonra Azərbaycana qayıdan Əsədov 3 ildən sonra bu  dəfə Sibirə - “Tümen” klubuna yollandı. O, “Tümen”də də cəmi 1 mövsüm qala bildi. 1999-cu ildə “Anji”də cəmi 1 oyun keçirən müdafiəçi ondan sonra vətənə qayıdaraq, karyerasının sonuna qədər burada çıxış etdi.

Emin Ağayev - “Anji” (1993-1998), Torpedo-ZİL (1999-2001), “Ximki” (2002-2004), “Baltika” (2004), “Dinamo” (Bryansk) (2005), “Nosta” (2005), “Nara-Desna” (2007), “Volqa” (Tver) (2008-2010).

Millimizin heyətində 64 oyun keçirmiş sol cinah müdafiəçisi 1993-cü ildə Bakını tərk edib. Ağayev uzun illər Mahaçqala klubunda oynadıqdan sonra komandaları əlcək kimi dəyişməyə başladı. Sonrakı illərdə onun karyerası yalnız “Torpedo ZİL”də bir qədər uğurlu alındı. Emin Azərbaycan çempionatında yaxşı pulların dövr etdiyi zamanda – 2006-cı ildə “Olimpik”ə gələrək, 6 oyunda meydana çıxdı.

Tərlan Əhmədov - “Terek” (1993), “Anji” (1997), “Fakel” (2000).

“Neftçi”ni böhrandan çıxarmağa çalışan Əhmədov ilk dəfə ölkəni 1993-cü ildə tərk edib. Ancaq millimizin sabiq kapitanının Rusiya karyerası heç də uzun müddətli olmayıb. O, “Terek”də 14, “Anji”də 5, “Fakel”də isə cəmi 7 oyun keçirib. Voronej klubunda güclülər dəstəsində çıxış edən müdafiəçi həmin vaxt “Spartak”la matçda da forma geyinmişdi.

Emin Quliyev - “Spartak-Alaniya” (2003).

Qurban Qurbanov – “Dinamo” (Stavropol) (1998), “Fakel” (1999), “Baltika” (1999), “Fakel (2000-2001), “Fakel” (2002), “Volqar Qazprom” (2003).

Ölkənin ən populyar məşqçisi 19 il əvvəl Stavropol “Dinamo”sunun heyətində 17 qol vuraraq, I divizionun ən yaxşı bombardirlərindən olmuşdu. “Dinamo”dakı parlaq oyunu ilə özünü Rusiya publikasına tanıdan hücumçu bir il sonra “Fakel”dən gələn cəlbedici təklifi qəbul etdi. Amma Qurbanov bundan sonra “Dinamo”dakı kimi məhsuldar oyun nümayiş etdirə bilmədi. Üst-üstə 3 il “Fakel”in uğurları üçün tər tökən həmyerlimizi indi də Voronjdə yaxşı xatırlayırlar.

Vəli Qasımov - “Spartak” (1992), “Dinamo” (1992). Qasımov Rusiyada çox qısa vəxt ərzində yetərincə iz qoya bildi. 1992-ci ildə Moskva “Spartak”ını paytaxtın digər komandası “Dinamo”ya dəyişən hücumçu 17 oyuna vurduğu 16 qolla mövsümün ən sərrast futbolçusu oldu. Təsadüfi deyil ki, “Betis” rəsmiləri millimizin sabiq hücumçusunu məhz “Dinamo”dakı parlaq çıxışına görə, İspaniyaya apardılar.

Dmitri Kramarenko – “Dinamo” (Moskva) (1993-1994), “Torpedo” (Moskva) (1995),  “Alaniya” (1996-1997), “Dinamo” (Moksva) (1998-2001), ÇSKA (2002- 2003), “Baltika” (2004), “Terek” (2006).

Kramarenko da Emin Ağayev və Lıçkin kimi karyerasının çox hissəsini Rusiyada keçirib. O, Nazim Süleymanovla birgə “Spartak”la qızıl oyunda da “Alaniya”nın heyətində idi. Dimanın legioner həyatı yaşadığı ən yaxşı dönəm məhz “Alaniya” və Moskva “Dinamo”su olub. Ondan sonrakı illərdə Dima əksər komandalarda məhz əsas qapıçının əvəzləyicisi sayılırdı.

Mahir Şükürov – “Anji” (2010-2011).

Vaqif Cavadov – “Volqa” (2011-2012).

Cavadov ÇSKA-nın yetirməsi olsa da, o, bu klubun əsas heyətində debüt edə bilmədi. 2007-ci ildə ÇSKA-dan “Qarabağ”a gələn hücumçu arada “Tvente”yə yollansa da, Hollandiya klubunda da meydana çıxmadı. Vaqif Nijnıy Novqorod “Volqa”sında 2011/2012-ci illər mövsümündə 11 oyunda forma geyinib. Bu il nə qədər çalışsa da, özünə klub tapa bilməyən Cavadovun futboldan, insanlardan, ümumiyyətlə, hər şeydən küsdüyü deyilir.

İlqar Əbdürrəhmanov – KAMAZ (1999), “Anji” (2001), “Energiya” (Voljskiy) (2010).

Yəqin ki, çoxlarınız vaxtilə Azərbaycan futbolunda İlqar Əbdürrəhmanov adlı futbolçunun olduğunu xatırlamır. 2004-2005-ci illərdə milli komandamızın heyətində 7 oyun keçirən müdafiəçihətta 2005-ci ildə “Uembli”də İngiltərəyə 0:2 uduzduğumuz matçda da meydana çıxmışdı.

İqor Getman – “Anji” (1993-1997).

Aslan Kərimov – “Baltika” (1999).

Hazırda CBC Sport-da ekspert kimi çalışan Kərimov Rusiyaya bir dəfə - 1999-cu ildə gedib. Həmin vaxt Qurban Qurbanovun vasitəçiliyi ilə Kalininqrad klubuna yollanan Aslan cəmi 5 oyun keçirdi. 

Samir Əliyev – “Uralan” (2004). “Səbail”in baş məşqçisi Ukraynanın “Volın” klubunda əla mövsüm keçirdikdən sonra Rusiyaya getdi. Amma bəlkə də əsas səhvi elə bunda elədi. Rusiya çempionatının I dizionunda çıxış edən Yelista komandasını həmin vaxt Leonid Slutski çalışdırırdı. Ancaq Samir “Uralan”da 13 oyuna 4 qol vurduqdan sonra 2004-cü ildə “Xəzər Lənkəran”dan gələn təklifi müsbət dəyərləndirdi.

Ruslan Abışov – “Rubin” (2013).

Aleksandr Jidkov – “Anji” (1999-2001), “Tom” (2002-2003).

Jidkov Azərbaycan futbol məktəbinin yetirməsi olmasa da, onu tanıdan məhz “Neftçi” olub. Bakı klubundakı parlaq çıxışındandan sonra Kiyev “Dinamo”suna getsə də, onun karyerasını məhv edən əfsanəvi Valeri Lobanovski oldu. Jidkov Rusiyaya artıq pensiyaya çıxan vaxtlarda getmişdi. 1999-2001-də “Anji”də çıxış edən qapıçı karyerasını 2003-də “Tom”da başa vurdu. 

Qeyd edək ki, yazıda yalnız Azərbycan futbol məktəbinin yetirmələrini xatırladıq. İstisna kimi yalnız ÇSKA-da yetişən Vaqif Cavadovu qeyd etmək olar.

Картинки по запросу affa yanında media komitəsi