wrapper

Yazılar

Rəşad Sadıqov 2 yaşında və ya öz portretini çizən kapitan

Azərbaycanda futbolçu olmaq çətin məsələdi. Futbolçu olub da, türklər demiş, "adam kimi adam" olmaq ondan da çətindi. Meydanda sərgilədiyi oyunla, xarakteri ilə, davranışıyla, şəxsi və liderlik keyfiyətləriylə, cəsarətiylə rəğbət qazanan, azarkeşin sevimlisinə çevrilən neçə futbolçumuz var ki? Barmaqla sayılacaq qədər...

Ətraflı

Balakəndə də futbol varmış... - LAYİHƏ

Çox uzağa getməyək, götürək elə Türkiyənin özünü. Qardaş ölkənin hər nöqtəsində demək olar ki, adının sonu "spor"la bitən futbol klublar fəaliyyət göstərir. Peşəkar və ya həvəskar olmasından asılı olmayaraq, bölgəni təmsil edən klublar, azarkeşlər tərəfindən sevilir, dəstəklənir.

Ətraflı

Danışılmış oyun: "Neftçi" erməniləri necə qabaqladı?

Bu gündən etibarən sizə futbolumuzun pərdə arxasında qalan hadisələrindən danışacağıq. Sovet dövrü və müstəqillik illərinə aid çox az adamın bildiyi məqamlara toxunacağıq.  1969-cu ildə SSRİ çempionatının güclülər dəstəsi iki mərhələdə keçirilib. İlk etapda 20 komanda iki yarımqrupda mübarizə aparıb. Hər qrupda ilk 7 yeri tutan komandalar medallar uğrunda yarışmaq hüququ əldə ediblər. Elə hər şey də bundan sonra başlayıb. Komandalar ilk “14-lüyə” düşmək üçün nə yollara əl atmayıblar ki...   14 iyul, 1969-cu il. Moskva “Dinamo”su öz meydanında “Neftçi”ni qəbul edir. Almatalı  Tolçinskinin idarə etdiyi oyunu 25 min azarkeş izləyir. Paytaxt klubu artıq növbəti mərhələyə vəsiqəni təmin etdiyindən “ağ-qaralar”la görüşə motivasiyasız çıxıb. Həmin turda Kiyev “Dinamo”su “Ararat”la qarşılaşır. Yerevan klubu kiyevlilərlə danışığa gedərək, oyunun heç-heçə başa çatmasına nail olur – 1:1. “Neftçi” “Dinamo”ya səfərdə uduzsaydı, komanda medallar uğrunda mübarizəni davam etdirə bilməyəcəkdi.  Və nəyin bahasına olursa-olsun, məsələ yoluna qoyulmalı idi. Tərslikdən “Neftçi” səfərə ideal heyətlə çıxa bilmir. Banişevski ilə Semiqlazovun cəzası davam edirdi, Markarov isə həmin vaxt zədəli idi.  Neftçi: Vladimir Kosenkov,  Rafiq Quliyev, Vladimir  Bruxti, Aleksandr Trofimov, Mübariz Zeynalov, Aleksandr Mirzoyan, Kazbek Tuayev  (k), Ağasəlim Mircavadov (Yaşar Babayev, 46), Ruslan Abdullayev, Nikolay Smolnikov, Əli Rəhmanov (Nadir Eynullayev, 19).  Dinamo: Yaşin, Ştapov, Dolbonosov, Zıkov, Maslov, Aniçkin (k), Smirnov, Syomin (Kuraşinov, 71), Yevryujixin, Hacıyev (Avrutski, 57).  Hacıyev soyadı sizi çaşdırmasın, bəli, bu bizim Valeri Hacıyev idi. 1969-cu ildə küsüb “Dinamo”ya getmişdi. Elə bu haqq-hesabda rəqib düşərgədə olan Hacıyevin əməyi az olmayıb.  “Neftçi”yə mütləq xal lazım olduğundan komandamızın bir neçə futbolçusu “dinamoçular”la danışığa girir. Hətta deyilənə görə, başda Tuayev olmaqla komandanın liderləri oyundan bir neçə gün öncə paytaxta gedərək, “əmanəti” həmkarlarına çatdırırlar. “Dinamo”nun o vaxtkı baş məşqçisi Konstantin Beskovun isə bundan xəbəri olmur. Sonralar veteran futbolçularımızdan biri danışırdı ki, mehmanxanada başqa adla qeydiyyatdan keçdik, “Neftçi”nin oyunçularının matçdan bir neçə gün əvvəl gəldiklərindən duyuq düşsəydilər, məsələ şişə bilərdi.  İqor Stepanoviç Dobronravov – “Dinamo” tarixinin əsas araşdırmacılarından biri. 2014-cü ildə Tver vilayətində 81 yaşında dünyasını dəyişib. 1992-1995-ci illərdə Moskva klubunda mətbuat xidmətində işləyib. Sovet dövründə uzun illər bu komanda üçün təqvim-kitabçaları, bukletlər, oyunlar üçün proqramlar hazırlayıb.  Dobronravovun “Dinamo” – “Neftçi” oyunu haqqında yazdıqlarından: “Bu görüş qonaqlar üçün böyük əhəmiyyət kəsb edirdi. Bakılılar bu səbəbdən oyuna fəal başladılar. “Dinamo”nun bir çox futbolçuları isə elə laqeydcəsinə oynayırdılar ki, sanki nəticə onları maraqlandırmır. 15-ci dəqiqəyə kimi üstünlük “Neftçi”nin tərəfində olsa da, onlar qol vəziyyəti yarada bilmədilər. “Dinamo”nun nadir əks-hücumlarından biri qolla nəticələndi. Ştapovun ötürməsindən sonra Kozlov müdafiəçini qabaqlayıb fərqləndi. 30-cu dəqiqədə Zeynalov adamı heyrətə salacaq  qədər asanlıqla Aniçkini (bu soyada diqqət, hələ bu futbolçudan  çox danışılacaq – red.) aldadaraq, qapıçı ilə təkbətək çıxdı. Ancaq Yaşin komandasını qoldan xilas etdi. 34-cü dəqiqədə  Yuri Syomin təxminən 35 metrdən topu qapıya göndərir – 2:0. Fasilədən sonra oyunun ssenarisi dəyişdi. Bakılı futbolçular demək olar ki, müqavimətə rast gəlmədən rahat şəkildə “Dinamo”nun müdafiəçilərini keçirdilər. Aniçkin (!) və Smirnov Smolnikov və Abdullayevi zərərsizləşdirə bilmirdilər”.  51-ci dəqiqədə Ruslan Abdullayev hesab fərqini azaldır. 82-ci dəqiqədə isə “Neftçi” 2-ci qolu vurur.  Dobronravov həmin qol haqqında belə yazır: “Bakılılar cərimə zərbəsini yerinə yetirir. Eynullayevin qüvvətli zərbəsindən sonra Yaşin topu Smirnova tərəf qaytarır. Təhlükə dəf olunmuşdu, ancaq Smirnov nədənsə düşünməyə başladı. Elə bu anda özünü yetirən Tuayev hesabı bərabərləşdirdi – 2:2. Bakılılar 1 xal qazanaraq, medallar uğrunda mübarizə aparan komandalara qoşuldular”. Lev Yaşinin bu oyundakı mövqeyi ilə bağlı mənbələrdə fərqli məlumatlar var. “Deyilənə görə, Yaşin oyun boyu Tuayevə Abdullayev və Smolnikovu göstərərək deyirmiş ki, “heç olmasa özün vur qol, bu uşaq-muşaq qol vurub məni biabır etməsin”. Smolnikovun həmin vaxt 20 yaşı var idi, Abdullayev isə 1966-cı ili Gəncə “Dinamo”sunda keçirmişdi. Yəni Yaşin Banişevski, Tuayev, Markarovdan fərqli olaraq onları o qədər də tanımırdı.  Oyunun iştirakçılarından biri Maslov  sonralar “Sport Ekspress”ə müsahibəsində əfsanəvi qapıçının məsələdən xəbərdar olduğunu söyləyb: “Bütün komanda bilirdi ki, heç-heçəyə danışmışıq. Beskov və onun köməkçiləri “yatmış gözəllər” idilər. Anlamırdılar ki, nəticə hər iki tərəfi razı salır. Oyundan sonra axşam bazada Aniçkinlə birgə Konstantin İvanoviçlə rastlaşdıq. Bizi görən kimi dedi ki, “satdız oyunu”. Mən özümü saxlaya bilmədim cavab qaytardım. Beskovu təhqir etdiyim üçün Aniçkinlə mənə 5 sutka qauptvaxt verilər”.   Amma “Dinamo”nun digər oyunçuları iki futbolçunun – Yaşinlə Kozlovun məsələdən xəbərsiz olduğunu iddia edirdilər. Yaşinə bu cür söz deməyə çəkinirdilər, Kozlov isə başqa dünyanın adamı idi. Hətta deyilənə görə, matçdan sonra əfsanəvi qapıçı hirsindən butsılarını Aniçkinə tullayıb.  Maraqlıdır ki, “Dinamo” rəhbərliyi “Ararat”ın sifarişi ilə “Neftçi”ni udmaq haqqında futbolçulara göstəriş veribmiş. Hətta Ermənistan klubunun nümayəndələri Moskvaya qızıl saatlarla gəliblərmiş. Nəticə onların istədiyi kimi olacağı halda, saatlar “Dinamo”nun oyunçularına paylanacaqdı.  Maslov “Sport Ekspress”ə müsahibəsində rəhbərliyin oyunu “Ararat”a vermək istədiyi təsdiq edib: “Yerevan klubunu Ponomaryov çalışdırırdı. O əvəllər “Dinamo”da işləmişdi. Yaxşı insan idi, futolçular onun hörmətini saxlayırdılar. Oyundan əvvəl rəhbərlik mənə və Aniçkinə dedi ki, Ponomaryovla danışın. Biz gizlətmədik ki, artıq “Neftçi” ilə heç-heçəyə görə razılığa gəlmişik. 1-ci hissədə 1:0 uduruq, bu anda Syomin 35 metrdən topu vurur və 2-ci qol. Syominə deyirəm: “Neynirsən, indi biz ikisini buraxmalıyıq”. İkinci hissədə rahat oynayırdıq, “Neftçi” isə heç cür qol vura bilmirdi. Tuayev hirsli-hirsli gəlib məndən soruşdu: “Nə vaxt buraxacaqsız?” Hesab hələ 2:0 olanda Ponomaryov tribunada kiməsə demişdi ki, “onsuz da heç-heçə qutaracaq”. Beskov oyundan sonra paltardəyişmə otağına girdi və qışqırıb söyməyə başladı: “Oyunu satmısınız”. Yaşın başını qaldırıb mənə hirslə baxıb dedi ki, “deməli, siz danışmışdınız?” Məndə qayıtdım ki, “Yaxşı, biz razılaşmışdıq, sənki dünyanın ən yaxşı qapıçısısan, niyə 2 top buraxdın? Ondan sonra sakitçilik çökdü” Beskov Aniçkin və Maslovu 2 həftə məşqlərə buraxmır. “Dinamo” DİN-ə tabe olduğundan baş məşqçi bu iki futbolçunun qovulması ilə bağlı onları da razı salıbmış. Amma klubu kurasiya edən KQB nümayəndələri araya girir və bildirirlər ki, məsələni özümüz yoluna qoyacağıq. Beskov dediyindən dönmək istəmir və komandanın iclasında artıq baş məşqçinin göndərilməsi müzakirə olunur. Ancaq Maslov və digər futbolçular Beskovun qalmasını istəyirlər və məsələ sülhlə yoluna qoyulur.  Ayxan

Ətraflı