wrapper

Hər bir insanın ömür yolu maraqlı bir hekayədi.Hələ bu insan Frits Valterdisə.. 1920-ci ildə Almaniyanın Kayzerslautern şəhərində doğulan gələcəkdə futbol tarixində silinməz iz buraxır. Karyerasının müəyyən bir hissəsi 2-ci dünya müharibəsinə düşən Fritsin çox maraqlı həyat hekayəsi var. Yaşıl meydanlardan məcburi döyüş meydanına sürgün edilən futbolçu hətta istəmədiyi halda Nasist Almaniyasının Fransa cəbhəsində də vuruşmağa məcbur olub. Sonradan əsir düşüb Sibirə sürgün olunanda isə bəxt sayəsində xilas olub...

 

 

Peşəkar karyerasına doğma şəhərinin komandası olan “Kayzerslautern”də başlayan Frits Valter çox gənc yaşlarında əsas komandanın üzvünə çevrilməyi bacarır. Parlaq çıxışı ilə seçilən hücumçunun oyunu millinin o zamanlar baş məşqçisi olan Zepp Herbergerin də diqqətini cəlb edir. “Futbol 90 dəqiqədir”, “Top yumuru, meydan isə düzdür” kimi artıq şablona çevirilmiş ifadələrin müəllifi olan dahi mütəxəssis Valterə ilk dəfə 1940-cı ildə Rumıniya ilə matçda (9:3) şans verir. Bu oyunda het-triklə yadda qalan Valter sonradan müharibəyə aparılsa da, ilk vaxtlar döyüşlərdə aktiv şəkildə iştirak etmir. Arxa cəbhədə olan futbolçu burada formada qalmaq üçün daim məşq edir, hətta Almaniyanın nəzarətində olan ölkələrin milli komandalarına qarşı oyunlarda da iştirak edir. Elə bu qarşılaşmalardan biri – 1942-ci ildə Budapeştə keçirilən Macarıstan – Almaniya matçı (3:5) gələcəkdə onun həyatını xilas edir...

 

Ancaq müharibənin sonlarına doğru Almaniya gerilədikcə bütün futbolçular əsl hərbi hissələrə göndərilir. Bu oyunçulardan biri də məhz Fritz olur. Valterin olduğu qoşun ABŞ-a təslim olsa da, amerikalılar onları Sovet cəbhəsində əsir aldıqlarına görə SSRİ-yə təhvil verir. O zamanlar almanlar sovetlərə əsir düşüb, Sibirdə məhv olmaqdansa ABŞ-a təslim olmağı daha üstün tuturdular. Olanlar azmış kimi futbolçu üstəlik malyariya xəstəiyinə də yoluxur.  Beləcə Valter də Sibirə hərəkət edən qatara mindirilir. Ancaq Ukrayna ərazisində qatar bir günlük dayanır. Gözləyənlər arasında olanlar arasında taleyi ilə barışmış Frits də olur. O, həmin vaxt şərq blokunun (SSRİ, Macarıstan, Çexoslovakiya, Polşa və s.) zabitlərinin öz aralarında futbol oynadığını görür. Valter də onlardan xahiş edib futbol oynamaq istədiyini bildirir. Xəstəlikdən tükənmiş vəziyyətdə olan qəhrəmanımızı ancaq futbol ayağa qaldıra bilərdi. Zabitlərin razılığından sonra peşəkar futbolçu olan Valter bu oyunda özünü yaxşı tərəfdən göstərir. Matçdan sonra zabitlərdən biri ona yaxınlaşıb soruşur: “Siz 1942-ci ildə Almaniya – Macarıstan oyununda bizə 2 qol vuran futbolçusunuz?” “Bəli” cavabını alan macar zabit ruslara yalandan “o, avstriyalıdı” deyib Valterin həyatını xilas edir. Çünki almaniyalılardan fərqli avstriyalılar müharibəyə məcburi şəkildə gətirilmişdi. O cəhənnəmdən - əsir düşərgəsindən xilas olmaq möcüzəydi, amma macar zabit bunu bacarmışdı.

 

Fritz 1945-ci ildə ölkəsinə qayıtdıqdan sonra “Kayzerslautern”də yarımçıq qalan karyerasını yenidən bərpa edir. O, 1951 və 1953-cü illərdə Almaniya çempionu olur.Hücumçu hətta 1953-cü ildə 38 qolla da bombardir adını qazanır. Bu uğurlar millinn baş məşqçisi Herbergerin də diqqətindən yayınmır. O, Fritsi yenidən milliyə cəlb edir və peşəkar futbolçu olan qardaşı Otmarla birlikdə İsveçrədə keçirilən mundiala aparır.

Mundialda almanlar favorit sayılmasalar da, finala kimi yüksəlməyi bacarırlar. Həlledici qarşılaşmanı da qələbə ilə başa vuran Almaniya tarixində ilk dəfə dünya çempionu olur. Kapitan Frits Valter isə “qızıl ilahə”ni başı üzərinə qaldırır. İşin ən maraqlı tərəfi isə odu ki, almanlar finalda məhz Macarıstanı udurlar.O, isə komandasının 2:0 geridən gəlib 3:2 hesab ilə qalib gəldiyi qarşılaşmada qollardan ikisinin pasını verir.

 

Maraqlıdı, görəsən, həmin macar zabit həyatını xilas etdiyi almanın gələcəkdə onları dünya çempionluğundan edəcək şəxslərdən biri olacağını bilsəydi, yenə də bu addımı atardımı? Bu sualın cavabını isə yəqin ki, heç vaxt bilməyəcəyik...

 

Məşhur alman tarixçi Yoahim Festə görə müharibədən sonra Almaniyanın (AFR) 3 qurucusu var. Bunlar AFR-in ilk iki rəhbəri Konrad Adenauer, Lüdviq Edhard və millnin kapitanı Frits Valterdi.

 

Hücumçuisəbütünkaryerasını (1937-1959) doğmaklubuolan “Kayzerslautern”əhəsredir.

 

FritsValter 2002-ci ildə 82 yaşındavəfatedib.Onun ən böyük arzusu isə doğma şəhəri olan Kayzerslauterndə DÇ matçının keçirilməsi idi. Bu istək onun ölümündən 4 ilsonra - 2006-cı ildə (12.06.06. Avstraliya 3:1 Yaponiya) baştutur.Maraqlıdı ki, onun öldüyü gündə (17 iyun) Kayzerslauterndə ABŞ və İtaliya qarşılaşıb. Komandalar oyundan əvvəl bu dahi şəxsin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

 

Valter Fritz UveZeeler, Frantz Bekkenbauer və LotarMatteusla birlikdə Almaniya yığmasının bütün dövrlər üzrə 4 fərxi kapitanından biri sayılır. “Kayzerslautern”nin ev oyunlarını keçirdiyi stadion da məhz onun şərəfinə “Fritz Valter Stadium” adlanır. Hansı ki, Azərbaycan yığması oktyabrın 8-də məhz bu arenada Almaniya ilə qarşılaşacaq.

 

HAZIRLADI: ELMAR ABDULLA-ZADƏ

Son redaktə Bazar ertəsi, 04 Sentyabr 2017