wrapper

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulacaq. Futbol11.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu doğma meydanda İngiltərə çempionu “Çelsi” ilə münasibətlərinə aydınlıq gətirib.

 

Qurban Qurbanovun yetirmələri Londonda baş tutan ilk oyunda bu rəqibinə böyük hesabla uduzmuşdu – 0:6. Lakin sonrakı oyunlarında daha inamlı təsir bağışlayan təmsilçimizdən bu görüşdə də uğur gözləyənlər az deyildi. Təəssüf ki, İngiltərə çempionu ilə ev oyunu da “Qarabağ” üçün uğursuz alınıb.

Matçın əvvəlindəcə portuqaliyalı baş hakim demək olar ki, “Çelsi”yə penalti hədiyyə edib. Bu azmış kimi, o, komandamızın kapitanı Rəşad Sadıqovu da meydandan qovub. Təbii ki, bu, “Qarabağ” üçün böyük zərbə olub və qalan dəqiqələrdə ardıcıl 4 qol buraxan təmsilçimiz meydanı məğlub tərk edib.

Son redaktə Çərşənbə, 22 Noyabr 2017

Media