wrapper

Kipr çempionatında XIII tura start verilib. Futbol11.az xəbər verir ki, üzvü Araz Abdullayevin çıxış etdiyi "Anortosis" klubu növbəti matçını keçirib.

Famaqusta təmsilçisi öz meydanında AEL ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə nəticələnib.

Start heyətində meydana çıxan Araz 68-ci dəqiqədə əvəzlənib. Komandasının qoluna məhz Abdullayev imza atıb. Həmyerlimiz 12-ci dəqiqədə fərqlənsə də, ev sahibləri bu üstünlüyü sona qədər qoruya bilməyiblər.

Qeyd edək ki, hazırda aktivində 27 xal olan "Anortosis" turnir cədvəlində birinci pillədə qərarlaşıb. 

Son redaktə Şənbə, 25 Noyabr 2017

Media