wrapper

Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin son oyunu keçirilib. 

Futbol11.az xəbər verir ki, IV turdan təxirə salınmış oyunda “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib və 0:2 hesabı ilə uduzub. 

Qış çempionluğunu ötən turdan təmin edən  “Qarabağ” debütant üzərində qələbə qazanaraq, fasiləyə ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal öndə yollanıb. 

Media