wrapper

Kipr çempionatında 15-ci turun oyunları keçirilib. Futbol11.az xəbər verir ki, həmyerlimiz Araz Abdullayevin şərəfini qoruduğu  “Anartosis” bu turda “Alki”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Abullayev görüşü əvəzedilmədən keçirib. O, həmçinin matçın 90-cı dəqiqəsində komandasına qələbə gətirən qola da imza atıb. 

Qeyd edək ki, 15 turdan sonra “Anartosis” 33 xalla liderliyini davam etdirir.

Son redaktə Şənbə, 09 Dekabr 2017

Media