wrapper

Portuqaliya II liqasının B divizionunda XVI turun oyunları keçirilib. Futbol11.az xəbər verir ki, həmyerlimiz Valeh Seyidovun çıxış etdiyi “Louletano” klubu sözügedən turda səfər matçına çıxıb.

“Ağ-qırmızılar” səfərdə “Montijo” klubunun qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yükunlaşıb.  

21 yaşadək futbolçulardan ibarət milli komandamıza namizəd olan hücumçu bu oyunun iştirtakçısı olub. O, matçın 69-cu dəqiqəsində, komandası hesabda geridə olan zaman (2-0) meydana daxil olub. Seyidovun oyuna qoşulmasından sonra, “Louletano” hücumlarının kəsərini artırıb və təsəlli qolunu vurmağı bacarıb. Belə ki, Valeh komanda yoldaşının ötürməsini dəqiq tamamlayıb. 

Bu, Valeh Seyidovun 2018-ci ildə ilk oyunu və vurduğu ilk qol olub. Hücumçu birinci qolunu ötən ilin oktyabrında “Moura” ilə yoxlama görüşündə vurmuşdu. 

Təqdim etdiyimiz videoda sonuncu vurulan qol Valeh Seyidova məxsusdur. 

 

Son redaktə Çərşənbə, 17 Yanvar 2018

Media