wrapper

Antalyadan qayıdan "Neftçi" Bakıda yoxlama matçı keçirib. Futbol11.az xəbər verir ki, "ağ-qaralar" I divizion təmsilçisi "Sabah"la qarşılaşıblar.

İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında keçirilən görüş Tərlan Əhmədovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 73-cü dəqiqədə Emin Mahmudov vurub. O, Mirabdulla Abbasova edilmiş kobudluğa görə təyin olunan penaltini qolla tamamlayıb.

Son redaktə Bazar ertəsi, 05 Fevral 2018

Media