wrapper

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Futbol11.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma keçirilib. “Qalatasaray” öz meydanında “Konyaspor”u qəbul edib. Konyada keçirilən ilk matçda qalib məlum olmamışdı - 2:2. Bu dəfə isə “Qalatasaray” qələbə qazanaraq adını yarımfinala yazdırıb - 4:1.

Qeyd edək ki, yarımfinalda “Cim-Bom”un rəqibi “Akhisar Genclik Spor” olacaq. Final uğrunda mübarizə aparacaq digər cütlük isə “Beşiktaş” və “Fənərbaxça”dır.

Son redaktə Cümə, 09 Fevral 2018

Media