wrapper

İsveçin “Norrköpinq” klubunun formasını geyinən islandiyalı futbolçu Qudmundur Torarinsson “Eurovision” mahnı yarışmasının seçimərində iştirak edib. 

May ayında Portuqaliyanın Lissabon şəhərində keçiriləcək yarışmada İslandiyanı təmsil edəcək iştirakçını müəyyənləşdirmək üçün seçimlərə start verilib. 

Həmin seçimlərə qatılan 25 yaşlı futbolçu 6 iştirakçı ilə mübariə aparsa da, finala vəsiqə qazana bilməyib. Lakin onun ifası izləyicilər tərəfindən bəyənilib. 

Qeyd edək ki, Qudmundur karyerası ərzində “Selfoss”, “Sarpsboq”, “Nordsyaelland” və “Rusenburq” kimi komandalarda forma geyinib.   

 

Son redaktə Çərşənbə axşamı, 13 Fevral 2018

Media