wrapper

Almaniya II Bundesliqasında 25-ci turun oyunları keçirilir.

Futbol11.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Bohum”la üz-üzə gəlib.

Nazarovun start heyində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Millimizin üzvü oyunun 11-ci dəqiqəsində penaltidən rəqib qapısına yol tapıb.

25 oyundan sonra 23 xala malik “Aue” sondan ikinci, 17-ci pillədə qərarlaşıb.

 

Son redaktə Bazar, 19 Mart 2017