wrapper

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” bu gün ölkə çempionatında növbəti oyununa çıxıb.

Futbol11.az xəbər verir ki, Lonton təmsilçisi İngiltərə Premyer Liqasının 3-cü turunda “Everton”u qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Qolları ispan futbolçular - Sesk Fabreqas və Alvaro Morato vurublar.

Bu qələbə sayəsində xal ehtiyatını 6-ya çatdıran “Çelsi” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

Son redaktə Bazar, 27 Avqust 2017

Media