wrapper

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Çexiya çempionatında debüt matçına çıxıb.

Futbol11.az xəbər verir ki, təcrübəli qolkiperin şərəfini qoruduğu “Mlada Boleslav” V tur çərçivəsində səfərdə “Slaviya”nın qonağı olub.

Qarşılaşma isə Ağayev üçün uğursuz alınıb.
Kamranın komandası sərəfdən 0:4 hesablı məğlubiyyətlə qayıdıb.

Qeyd edək ki, hazırda 1 xalı olan “Mlada Boleslav” turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Media