wrapper

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. Futbol11.az xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma baş tutub.

Azərbaycan millisi Norveç yığması ilə qarşılıb. Komandamız səfər oyununu Skandinaviyada keçirib. Bu oyuna qədər ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxa bilməyərək seriyanı 4-ə çatdırıb.

Yığmamız ilk oyunda Bakıda məğlub etdiyi rəqibinə 0:2 hesabı ilə uduzub. Bədavi Hüseynovun kobudluğu ilə penalti vurmaq şansı qazanana evsahibləri 32-ci dəqiqədə hesabı açıblar. Zərərçəkmiş Kinq dəqiq oynayıb. İkinci hissədə isə Rəşad Sadıqov qapıları səhv salıb. Kapitan 59-cu dəqiqədə oyunda son nöqtəni qoyub.

Son redaktə Şənbə, 02 Sentyabr 2017

Media