wrapper

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Futbol11.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb.

Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi”nin qonağı olub. Görüş Antonio Kontenin komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qeyd edək ki, qrupun digər oyununda "Roma" İtaliyada "Atletiko" ilə heç-heçə edib.

Son redaktə Çərşənbə, 13 Sentyabr 2017

Media