wrapper

Portuqaliya Sequndasının XXI turu çərçivəsində baş tutan "Sportinq" B - "Braqa" B matçında hakim kobud səhvlə yadda qalıb. 

Futbol11.az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində "Sportinq" hesabı açıb. Ancaq matçın baş hakimi Migel Liborio qolu qeydə almayıb. Buna  Lisssabon təmsilçisinin oyundankənar vəziyyətdə olması səbəb olub. 

Referinin səhvi onda olub ki, "Sportinq"in futbolçuları sayılmayan qola sevinən zaman "Braqa"nın oyuna başlamasına göstəriş verib. Həmin zaman "Sportinq"in cərimə meydançasında cəmi 3 futbolçu olub, digər futbolçular isə qola sevinib. Məhz həmin səhdən istifadə edən Bruno Aleksandre möhtəşəm zərbə ilə hesabı açıb.

Qeyd edək ki, millimizin üzvü Budaq Nəsirovun oynadığı maçtda "Braqa" qələbə qaznıb - 1:2. "Sportinq"in yeganə qolunun vurulmasında Nəsirovun böyük əməyi olub.  

Son redaktə Bazar, 08 Yanvar 2017

Media