wrapper

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin heyətində növbəti oyununu keçirib.

Futbol11.az xəbər verir ki, onun komandası Ç-2018-in seçmə mərhələsində səfərdə İspaniyanın qonağı olub. Görüş ispanların 3:0 hesablı qələbəsi ilə ilə başa çatıb. Aqolli fasilədən sonra meydana çıxıb.

Qeyd edək ki, bu nəticədən sonra İspaniya millisi mundiala vəsiqəni təmin edib, albanlar isə qrupdan çıxmaq şansını itirib.

Media