wrapper

DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsinin oyunlarına yekun vurulub.

Futbol11.az xəbər verir ki, son turda Argentina Ekvadorun qonağı olub. Komanda Lionel Messinin het-triki sayəsində 3:1 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra Argentina 28 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Beləliklə, Cənubi Amerika zonasından Braziliya, Uruqvay, Argentina və Kolumbiya mundialın finalına birbaşa vəsiqə qazanıb. Peru yığması isə "play-off"da noyabrda Yeni Zelandiya ilə qarşılaşacaq.

Media