wrapper

FIFA-nın 2026-cı ildən etibarən dünya çempionatında iştirakçı komandalarının sayının 48-ə çıxarması çoxlarının narazılığı ilə qarşılanıb.

Futbol11.az xəbər verir ki, sözügedən məsələyə millimizin sabiq baş məşqçisi Berti Foqts da münasibət bildirib.

Almaniya mətbuatına açıqlama verən təcrübəli mütəxəssis deyib: "FIFA-nın qərarını anlaya bilmirəm. Bu, sadəcə dəhşətdir. Dünya çempionatlarının axırına çıxmaq istəyirlərsə, elə bu yolla da davam etməlidirlər. Bu, artıq mənim mundialım deyil".

Xatırladaq ki, almaniyalı mütəxəssis 2008-2014-cü illərdə millimizə başçılıq edib.

Son redaktə Çərşənbə, 11 Yanvar 2017