wrapper

Lionel Messi Argentina millisinin DÇ-2018-ə qatılmayacağı təqdirdə belə milli ilə vidalaşmağı düşünmədiyini bildirib. Futbol11.az xəbər verir ki, mundialdan kənar qalacaqları təqdirdə hazırkı heyətin sonu olacağını deyib.

O, həmçinin DÇ-dən kənar qalmaqlarının axmaqlıq olduğunu da söyləyib: “DÇ-yə qatılmamaq axmaqlıq olardı. Bu zaman nələr olacağını heç düşünmədim, çünki bu hamı üçün fəlakət olardı”.

Messi  növbəti mundialın onun üçün sonuncu olacağı ilə bağlı fikirlər haqqında da danışıb: 

“Gələcəyə baxmıram. DÇ-dən sonra nələr olacaq bilmirəm. Rusiyada ən yaxşı oyunumuzu sərgiləməliyik. DÇ-yə az vaxt qalıb, sonra nə baş verəcəyini görəcəyik”.

Son redaktə Bazar, 12 Noyabr 2017