wrapper

İspaniyalı məşhur "Formula-1" pilotu Fernando Alonso azarkeşi olduğu “Real”ın oyunçuları haqqında fikirlərini bildirib. Futbol11.az xəbər verir ki, “Maklaren Honda”nın sürücüsü Ronaldonu Messidən üstün saydığını deyib.

“Mən “Real” azarkeşi olmaq üçün doğulmuşam. Mənim üçün Ronaldo Messidən yaxşı futbolçudu. Təbii ki, Messi çox istedadlıdı, amma mən “Real” fanatıyam. Madridlilərin braziliyalı oyunçuları Kasemiro və Marselo heyranıyam. Amma dünya çempionu olmaq şansları az görünür”. 

Son redaktə Bazar, 12 Noyabr 2017