wrapper

“Real”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo 4-cü dəfə ata olub. Futbol11.az xəbər verir ki, sevgilisi Georgina Rodriqesdən qız övladı dünyaya gəlib.

Sosial şəbəkələrdəki hesabından bu haqda keçid paylaşan Ronaldo sevincini bölüşüb:

“Alana Martina doğuldu. Hazırda Georgina və Alana çox yaxşıdı. Hamımız xoşbəxtik”.

Qeyd edək ki, Ronaldonun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kristianonun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.