wrapper

"Qarabağ"ın sabiq hücumçusu Muarem Muarem yenidən klub dəyişə bilər. Futbol11.az xəbər verir ki, yayda Ağdam klubu ilə müqaviləsi başa çatdıqdan sonra Qazaxıstan "Aktobe"sinə keçən makedoniyalı bu komandanı tərk edəcək.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, "Aktobe" qış fasiləsi zamanı bir neçə futbolçu ilə yollarını ayırmaq fikrindədi. Onların arasında Muarem də var.  

Makedoniyalı oyunçu Qazaxıstan çempionatında cəmi  1 qol vurub.

Son redaktə Bazar ertəsi, 13 Noyabr 2017