wrapper

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Çelsi” hücum xəttindəki problemi həll etmək üçün gözünü İtaliyaya dikib. Futbol11.az xəbər verir ki, London klubu A seriyası təmsilçisi “İnter”in hücumçusu Mauro İkardini heyətinə cəlb etmək istəyir.

Bu barədə məlumatı Britaniyanın “San” nəşri yayıb. Xəbərdə “zadəganlar”ın baş məşqçisi Antonio Kontenin rəhbərlikdən argentinalı hücumçunun transferini istədiyi qeyd edilib. Premyer Liqanın son çempionunun rəhbərliyinin İkardinin transferi üçün 120 milyon avrosundan keçməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, İkardi A seriyasının cari mövsümündə 11 qola imza atıb. O, bombardirlərin yarışında Çiro İmmobile və Paolo Dibaladan sonra 3-cü sırada qərarlaşıb.