wrapper

Dünya futbolunun argentinalı əfsanəvi futbolçusu Dieqo Armando Maradona bıçaq altına düşüb.

Futbol11.az xəbər verir ki, mütəxəssis sol çiynindən əməliyyat edilib. Bu barədə Maradona sosial şəbəkə hesabında verdiyi açıqlamasında bildirib: "Bu əməliyyatı daha öncədən etməli idim. Ancaq müəyyən səbəblərdən təxirə salmışdım. Əməliyyat 1,5 saat davam etdi. Şükürlər olsun ki, yaxşıyam. Hamınıza qucaq sevgi salamlar".

Qeyd edək ki, 57 yaşlı məşqçi Birləşmiş Ərəb Əmirliklərinin "El-Fujairah" klubunun "sükanı arxası"ndadır.