wrapper

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Futbol11.az xəbər verir ki, İsveç pley-offda İtaliyanı mübarizədən kənarlaşdırmaqla mundiala yollanıb.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Mundialda 32 komanda iştirak edir ki, qalan 3 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

14 noyabr. İrlandiya – Danimarka (ilk oyun: 0:0)

15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)

16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)