wrapper

Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin pley-off oyunlarına yekun vurulub.

Futbol11.az xəbər verir ki, İrlandiya - Danimarka oyunu ilə Avropadan mundiala yollanacaq sonuncu komanda bəlli olub. Qarşılaşmada qonaqlar 5:1 hesabı ilə qalib gəliblər. Oyunda Kristian Eriksen het-trik etməklə matça damğa vurub.

İlk görüşdə tərəflər 0:0 hesablı heç-heçəyə razılaşmışdılar.

14 noyabr

DÇ-2018 pley-off mərhələsi, cavab oyunları

İrlandiya – Danimarka - 1:5

Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bendtner, 90 (pen.)

İlk oyun – 0:0