wrapper

Bu mövsüm "Barselona"nın heyətində heç bir oyuna çıxmayan Tomas Vermalen açıqlama verib.

Futbol11.az xəbər verir ki, belçikalı müdafiəçi yayda klubdan ayrılmadığı üçün peşmanlığını dilə gətrib: "Bu yay "Barselona"da qalmağın yaxşı düşüncə olduğunu fikirləşirdim. Ancaq indi səhv etdiyimi anlayıram. Yanlış düşündüm və bu addımına görə peşmanam. Buna baxmayaraq, klubumda 1 dəqiqə belə oynamasam da, Belçika millisinə dəvət aldığım üçün xoşbəxtəm".

Qeyd edək ki, 31 yaşlı oyunçu 2014-cü ildə 15 milyon funut-sterlinq qarşılığında "Arsenal"dan "Barselona"ya keçmişdi. Vermalen ötən mövsümü icarə əsasında "Roma"da keçirib.