wrapper

Xorvatiya Futbol Federasiyası (XFF) millinin baş məşqçisi Zlatko Daliç barədə qərar verib. Futbol11.az xəbər verir ki, federasiya yığmaya müvəqqəti baş məşqçi kimi gətirilən Daliç öz işini davam etdirəcək.

Belə ki, mütəxəssislə federasiya prezidenti Davor Şukerin görüşü zamanı Daliçin DÇ-2018-də də milliyə rəhbərlik etməsinə qərar verilib. 

Qeyd edək ki, Xorvatiya millisi Daliçin rəhbərliyi altında seçmə mərhələnin qrupunda Ukrayna yığmasını məğlub edərək pley-offa vəsiqə qazanmış, burda isə Yunanıstan millisini (4:1, 0:0) mübarizədən kənarlaşdıraraq mundiala “bilet” əldə edib.