wrapper

Futbol üzrə Türkiyə millisi Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Futbol11.az xəbər verir ki, sözügedən qarşılaşma Əskişəhərdə baş tutacaq.

Oyunun 27 mart tarixində baş tutacağı dəqiq olsa da, saatı hələlik açıqlanmayıb.

Bu barədə məlumatı TFF yayıb.

Qeyd edək ki, indiyədək rəqiblər 8 dəfə üz-üzə gəlib. Oyunlardan 6-sı "ay ulduzlular"ın qələbəsi ilə, digər 2 qarşılaşma isə heç-heçə başa çatıb.

Son redaktə Çərşənbə, 11 Yanvar 2017