wrapper

İspaniya millisinin üzvü Fernando Torres Madridin "Atletiko" klubunu tərk etməyə hazırlaşır. 

Futbol11.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını yenidən İngiltərədə davam etdirəcək. "Marca" və "El Mundo Deportivo" qəzetlərinin yaydığı xəbərə görə, onun xidmətində İngiltərə çempionşipində mübarizə aparan "Nyukasl" klubu maraqlıdır. Belə ki, hazırda komandanın baş məşqçisi vaxtı ilə "Liverpul"da Torresin məşqçisi olmuş Rafael Benitezdir. Təcrübəli çalışdırıcı sabiq futbolçusunun transferini israrla istəyir. 

Sözügedən mənbələrdə yer alan məlumata görə, "Atletiko" ilə yayda müqaviləsi başa çatacaq 32 yaşlı hücumçu yay bu ay, ya da iyul ayında "Nyukasl"la münasibətlərini rəsmiləşdirəcək. 

Futbol11.az 

Son redaktə Çərşənbə, 11 Yanvar 2017