wrapper

Çinin U-20 yığmasının Almaniya çempionatının regional liqasında keçirdiyi ilk oyunda insident yaşanıb.

Futbol11.az xəbər verir ki, “Şott Maynts”la qarşılaşan Çin yığmasının futbolçuları ilk yarının ortalarında meydanı tərk ediblər. Buna səbəb tribunada Tibet bayrağının açılması olub.

Təxminən 30 dəqiqədən sonra bayraq stadiondan çıxarılıb. Bundan sonra futbolçular meydana qayıdıblar. Çin yığması 0:3 hesabı ilə məğlub olub.

Çinin U-20 yığması regional liqada iştirak edən 19 komandanın hər biri ilə 2 dəfə qarşılaşacaq. Buna görə çinlilər hər komandaya 15 min avro ödəyəcəklər. Yığmanın nəticələri isə turnir cədvəlində nəzərə alınmayacaq.