wrapper

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisində debüt edib.

Futbol11.az xəbər verir ki, yarımmüdafiəç Çinin Nannin şəhərində keçirilən beynəlxalq turnirin yarımfinalının iştirakçısı olub. O, “China cup 2017”nin Xorvatiya – Çili qarşılaşmasına start heyətində çıxıb. Bununla da ölkəsinin əsas yığmasında ilk oyununu keçirən Ozobiç 57-ci dəqiqədə əvəzlənib. 1:1 hesabı ilə başa çatan matçın qalibi isə penaltilər seriyasında bəlli olub. 4:1 hesabı ilə qalib gələn Çili finala yüksəlib. Filipin komandası yanvarın 14-də keçiriləcək 3-cü yer uğrunda matçda Çin yığması ilə görüşəcək.

Son redaktə Çərşənbə, 11 Yanvar 2017

Media