wrapper

Madridin "Real" klubunun futbolçusu Kriştiano Ronaldo İspaniya kubokununun 1/8 finalında "Sevilya" ilə cavab oyununu buraxacaq.

Futbol11.az xəbər verir ki, 31 yaşlı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Zinəddin Zidan tərəflər arasında baş tutan ilk oyundakı kimi, bu dəfə də komandasının  aparıı üzvünə istirahət verib.

Ronaldodan başqa, İsko və Xames Rodrigez də sözügedən oyunu buraxacaqlar.

Qeyd edək ki, "Sevilya" - "Real" görüşü yanvarın 13-ü keçiləcək. Bu komandalar arasında ilk matçda "kral klubu" 3:0 hesabı ilə qalib gəlib.

Futbol11.az 

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017