wrapper

“Qalatasaray” qış fasiləsində ikinci transferini həyata keçirib. Futbol11.az xəbər verir ki, İstanbul klubu “Gənclərbirliyi”nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib.

Bu barədə məlumatı "Gənclərbirliyi"nin prezidenti İlhan Cavcav yerli mətbuata açıqlamasında verib. Klub prezidenti bildirib ki, "Qalatasaray" bu transferə görə onlara 2,5 milyon avro ödəyəcək. 

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2011-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinib.  

Futbol11.az