wrapper

Bu gün gələn il Rusiyada keçiriləcək dünya çempionatının püşkü atılacaq. Futbol11.az xəbər verir ki, mərasim Moskvada Dövlət Kreml sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq.  

Aparıcılar veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar.  

Qeyd edək ki, Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq.  

Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir:

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya. 

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Son redaktə Cümə, 01 Dekabr 2017