wrapper

"Barselona"nın argentinalı yarımmüdafəçisi Xavyer Maskerano komandadan ayrılacağını açıqlayıb. Futbol11.az xəbər verir ki, argentinalı oyunçu gələcəyi ilə bağlı önəmli açıqlamalar verib.

O, karyerasının ən gözəl illərini "Barselona"da keçirdiyini deyib:

"Burada uzun illər keçirdim və bir çox uğurlar əldə etdim. "Barselona"da qazana biləcəyim daha çox şey qalmadı. Tam səmimiyyətimlə söyləyirəm, karyeramın ən gözəl illərini "Barselona"da keçirdim.

Bir yerdən ayrılmaq üçün doğru zamanın gəlib-gəlmədiyinə inanan insanam. Buradakı hekayəmin bitməsi üçün düzgün vaxtın olduğunu düşünürəm. Çünki "Liverpul"dan ayrılanda belə bir ortam yox idi və buna görə də ayrılıq xoşuma gəlməmişdi. Gələcəkdə "Barselona"nın qapısının mənim üçün açıq olmasını istəyirəm və ayrılıq üçün ən doğru zamanın olduğunu düşünürəm"

 

Qeyd edək ki, 33 yaşlı futbolçu daha öncə "Vest Hem" və "Liverpul"da çıxış etmib. Maskerano 2010-cu ildən "Barselona"nın şərəfini qoruyur.